127Hours_Quad
0

Dünənki 1/100 saniyə və 127 saat

2 gündür ki, blog-da durğunluqdur. sükut hakim kəsilim hisslərimə. əqin varlanmaq istəyənlərin xarakterlərindəki incəliklərə sahib olmağa başlayıram :) ama yenə də uşaq vaxtı dramalara baxıb keçirdiyim romantik hisslər üçün darıxıram. indiki yaşımda baxanda da o vaxtın hisslərini yadıma salıb nəsə duyuram, indi heçnə yoxdur, çox sakitlikdir.
Dünən həyatımın qəribə günləri silsiləsinə daxil oldu. Əvvəlində dünya otel şəbəkələri, onların idarə olunması və sahibləri haqqında oxudum, otellərin fotolarına baxdım, lap gəZməyə getmək istədim. Sonra forbsda dünya reytinqində heç bir otel sahibinin adının milyarderlər siyahısında olmadığını görüb, bu biznesə başlamadan son qoydum.

Qəribəlik isə davam etdi və artdı mənim bir filmi izləməyimlə. Manhetten film müsabiqəsində qalib gəlmiş 1/100 saniyə filmi, qısametrajlı filmi. 5 dəqiqə ərzində insanların vicdansızlığı və professionallığından tam olaraq məlumat verir.
Buyurun baxın:
[youtube=http://www.youtube.com/watch?v=ki8cqWOwgtg]

Axşam evə getdim. Dayım oğlunun kompda nəsə bir kinoya baxmağına mən də kurs oldum, necə deyərlər. 127 saat. əla filmdir. bax, bu film Cek Londonun “Həyat Eşqi”dir. Yaşamaq, ölməməkçün şikəst olmaq. Sidik içmək, Ağrıya dözmək və nəhayət bədənin vacib hissəsindən imtina etmək. Təki yaşamaq. Aronun öz qolunu küt “kitayski” bıçaqla kəsməyi, film boyunca verdiyi məsləhətlər. Film real hadisə əsasında çəkilib və ordakı bütün sözlər hadisənin real qəhrəmanın işlətdiyi cümlələrdir, ən maraqlısı isə o, çox pozitivdir, həyat doludur.. Aşağıdakı linkdən baxın:

Mənə “Mişar”ı xatırlatdı. ordakı qan, vəhşilik, qeyri-insanı xüsusiyyətlər məhz insani instinkt olan yaşamaq üçün edilən hər şeyi anladır. Həm qeyri-insanı xüsusiyyət deyə bir şey yoxdur. İnsan edirsə, deməli, insandır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *