2

Ziqmund Baba (Sigmund Freud)

Tarixin yaratdığı, daha doğrusu tarixi yaradan, tarixdə yaradan simalar çoxdu. İnsan tarixində, psixologiya və ona bənzər elmlər tarixində isə Ziqmund baba təkrarolunmaz işlər görüb getdi. Bugün onun doğum günüdür – 6 may. Əvvəl təbrik edim, sonra haqqında məlumat verim ki, siz

də təbrik edin. Ay baba, doğum günün mübarək, yaxşı ki, sən də bu vərəqlədiyimiz ensiklopediyaların səhifələrində böyük yer tutursan. İnsanları tanımaqda isə indiki insanlara sənin qiyabi təsirin əvəzolunmazdır. Buna görə də çox sağol. Halbuki mən şəxsən heç bir əsərini oxumamışam, ancaq internetdən hissələrlə kifayətlənmişəm.

Ziqmund Freyd.
1856-cı ilin bu günüdə anadan olub. Daha nəyi əsasını qoymayıb ki.. Avstriyalı alim psixoloq, psixiatr, nevroloq olmaqla yanaşı psixoanalitik məktəbin – psixologiyada terpevtik istiqamətin əsasını qoyub və buna görə də təyin olunur ki, insanın əsəbi qeyri-stabilliyi onun şüurlu və şüursuz fəaliyyətinin qarşılıqlı çoxkompleksli əlaqəsindən irəli gəlir.
Məktəbi 17 yaşında fərqlənmə ilə bitirən Freyd 1876-da Vens univerinə daxil olub, elə orda Ernst Bryukun yanında sinir hüceyrələrinin histologiyasını araşdıra-araşdıra müdafiə edib və 1881-də tibb doktoru adına layiq bilinib.
Ziqmund baba yaman kişi olub. 1886-da Marta Berneyslə nigaha girir və nəticədə 6 uşaqları olur. Atasının yolunu isə Ancaq Anna Freyd davam etdirir ki, o da uşaq psixoanalizinin əsasını qoyub, psixoanalitik nəzəriyyəni sistemləşdirib.
Freyd nədən istəsən yazıb. Yuxugörmələrdən, onların növləri, işləri, mənası, gizliliyindən nəzəriyyə hazırlayıb. Platon və Aristoteldən gələn “assosiyasiya” anlayışlarına Freyd “Sərbəst Assosiyasiyalar Metodu”nu əlavə etdi. Əşşi yazmaqla bitməz bu babamızın işləri..
Əsas məsələ onun seks və seksuallıq söhbətlərində idi. O qədər ətraflı fikirlər yazırdı ki, hətta əxlaqsızlıq kimi qəbul oluna biləcək dərəcəyə çatırdı. Bu kişini sevməmək olar?! Hardasa 70-80-lərdəki seksual inqilabların səbəbkarlarından olub.
Seks cinsindən və yaşından asılı olmayaraq gizli və cəlbedici olduğu üçün hamıda maraq yaradır. Freyd ilk olaraq buna elmi mövqedən yanaşıb və o, fizioloji aktın üzərində insan psixologiyası durduğunu deməkdə tam haqlı idi. Bu da təhtəlşüurla idarə olunur.
Bu cür yanaşmalarına və mərkəzdə seksin elmi mövqeyi olduğuna görə Frey çox məhşurlaşdı və artıq Freyddən nəyisə oxumamaq nəzakətsizlik əlamətinə çevrilmişdi.

2 thoughts on “Ziqmund Baba (Sigmund Freud)”

Leave a Reply to clawfinger Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.