2

re: qayıtdım..

mənasız, dağınıq, parça-parça səhifələr..yarımçıq, bitmədən tükənmiş boş kəlmələr.. unudulmuş beynimdəki ən zərif zərrələr..yaşanmış yaşanmadan bitsəydi o zirvələr…

sən yoxsan…

titrəyən əllərim o ürkək duyğularla parçalar qəlbimin daşların dalğalarla..yalvarır, dizin-dizin sürünüb arzularla..gülümsə, təbəssümüm, üsyanım qara torpağa..

sən yoxsan…

itirdim beynimin zülmət qaranlığında, əks oldum kirlənmiş köhnə divarlarında,

qocaldın…sərxoşdum..

düşmədin..quruyub qaldın budaqlarımda..pozulmuş sətir kimi ömür varağlarımda..

gecikdin… tələsdim..

2 thoughts on “re: qayıtdım..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *