0

Bi film gibi yani

fuck…bundan başqa nə deyə bilərəm ki, düzgün söyüş söyə bilməyi belə öyrənəmədim..Issız adamları tesadüf olan aşklar bulur hep.

yenə də bir mövcudat olduğumu xatırladım.. son dəfə ıssız adam-a baxanda belə şey olmuşdu. bu dəfə aşk tesadüfleri sever. neynəsəm də olmur ki.. sənə olan sevgim bu qədər böyük olmayıb axı mən bu qədər həssas olum.. ama o yaşlar axmamalı idi..hər gün 24 kərə səni məzara salsam da, sonda anladırsan ki, o məzar zatən öz qəlbim, nə qədər dərin qazsan, o qədər çox ağrıdacaq.

unutdum sandım, məyərmiş elə deyil. pofigizm belə xeyir etmir. hər şeyə qarşı dəyişdim, özümü yenidən qurdum. güldüm, əyləndim.

bu dəfə isə.. bilirsən?! notlar tanrıdır. hərdən o qədər yüksəyə qaldırırlar ki, ama yerə çırpanda məhv olursan, ama onlar tanrıdırlar, parçalanmış ruhumun hissələri toplayıp, yapışdırıb yenidən ucaldırlar. unudanda isə o parçalardan birini qopardırlar, biraz ağrıdır, sonda isə yenə də eyni şey.. ama niyə sən çökdün ki o notlara?!

bugün içimdə hönkürüb ağladım. ama qaranlıqda göz yaşlarımdan utanıb nəfəsimi gizlətdim.

bi film gibi yani.. yoxluğunla barışmışam, ama sənsizliyə alışmamışam. kinolar həyat olmaya bilər, həyatımız filmdir.. sadəcə bir dubl şansımız var..

bak.. ben geldim sevgilim..