0

duydum, gördüm.. toxundum

mənim deyilsən, sadəcə deyilsən.. uzaqdan səni necə təsəvvür etdiyimi bi bilsən.. bu zamana qədər və bu zamandan sonra insanlar çox acımasız.. gizlənə də bilmirdim ki.. əslində bi şey anlamırdım .. anladığımda ilk səni gördüm və ilk istədiyim sənə toxunmaq oldu.. o olmadı, səni görə bilmədim və düşüncələrimdə səni yaratdım və daima sevdim.. özümü unudana qədər ..

 

 

 

ama yenə də səni gördüm, duydum,  toxundum..

sənə toxunmaq həyatın ortasında dayanıb dərindən nəfəs almaq kimi..

– sənə toxunmaq bütün səhvlərə bəraət qazandırmaq kimi..

sənə toxunmaq bütün insanların günahını bağışlamaq kimi..sənə toxunmaq sonsuz yuxu kimi..

– sənə toxunmaq vücüdundan ayrılmış ruha qovuşmaq kimi..

sənə toxunmaq tanrını yerdə tapmaq kimi..

hə. bax belə sən mənim şüurumu işğal edirsən..səhərlər işlə, iç, düşün, gələcək qur, axşamlar hər şeyi boş verib sənin içkisiz sərxoşun olmağından zövq alıram..

P.S. tekila boom-un da yeri var..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.