keytomyheartprintbyarchtf0
0

Sevgi biokimyəvi fəaliyyətdir

Sevgi – stresin bir formasıdır. biz nə gözlərimiz, nə də qulağımızla sevirik. Biz burnumuzla sevirik. Kişilər qarşı cinsin nümayəndəsini görən zaman 3 saniyə ərzində, qadınlar isə 10 saniyə ərzində təxmini qiymətlərndirirlər. Bu qiymətləndirmə quruluşun simmetrikliyini öyrənir. Məhz simmetrik atlar yarışlarda qalib gəlirlər, simmetrik toyuqlar daha çox yumurta verirlər. Simmetrikliyi biz şüuraltı (təhtəlşüurda) təyin edirik. Buna bizim burnumuz kömək edir. Feremonlar öz təsirlərini yenə də göstərirlər. Feremon – yunan dilindən oyatmaq, çağırmaq mənasını ifadə edir və hornolar toplusuna verilən ümumi addır.

Kişilərin ağlını alan kapulin (qadın feremonu), qadınlara isə androsteron (kişi feremonu) sevməyə, simmetrikliyi şüuraltı təyin etməyə səbəb olan feremonlardır. Bu hiss olunmaz və qoxuya malik olmayan hormonlar bədəndən ifraz olunur və havada hərəkət edirlər.

Bir müddətdən sonra (2-3 həftə) serotin və endorfin (kapulin və androsteronun sayəsində yaranan hormonlar) eyforiyaya gətirir və belə demək olarsa, bu hormonlar narkotik effekti yaradır, nəticədə xoşbəxtlik hormonları beyni iflic edir. (Sevgilini görəndə hər şeyi unurdursan və hətta bu dövrlərdə evlənmə kimi ciddi qərarlar verə bilərsən). Serotin və Endorfin Adrenalinlə əvəz olunur. Adrenalin 2-3 il müddətində sevgililər arasında hakim olur və məhz bu dövrdə əksər hallarda ailələrdə uşaqlar doğulur. Adrenalidən sonra sevginin üçüncü və sonuncu mərhələsi gəlir. oksitasin (qadinlarda daha çox olduğu üçün onlar daha çox seks tələb edirlər) 4 ildən sonra bədəndə sevgi ilə əlaqəli olan bütün biokimyəvi proseslər dayanır, sakilik və ruhi rahatlıq əmələ gəlir. Bundan sonra sevgililər bir-birilərinin həqiqi simalarını görürlər. Qarşı tərəfdə nöqsanlar tutrlar, xarici görünüş və hərəkətlərdə.

Məhz sevgiyə 4 il ömür müddətini meksikalı alimlər təyin ediblər. Maraq üçün qeyd edim ki, Napaleon Banopart hakimiyyətinin 5-ci ilində qərar verir ki, tərəflər ən azı 4 il birgə həyatdan sonra rəsmi şəkildə münasibət qura bilərlər.

“Otval” alanlar haqqında deyim ki, “YOX” cavabı alanda inasın düşdüyü vəziyyət “Takotsubo Sindromu” adlanır. Takotsubo Yaponiyada dənizçilərin kaymar tutmaq üçün istifadə etdikləti saxsı qabdır. Məhz “qəlbiqırılmışlar”ın ürəyinin forması bu qaba çox bənzədiyi üçün belə adlandırılıb.

P.S. bu biokimyəvi vəziyyət bir çox cütlüklər arasındakı mənfi və müsbət nəticəli sonluqlara səbəbdir.

P.S.S. seks vaxtı çalışın burnuvuz təmiz olsun, qarşı tərəfin qoxusunu yaxşı alanda anlar unudulmaz olur :)

P.S.S.S. məqalə tərcümə falan deyil, öz ordan-burdan bildiklərimdir, gördüklərim və dinlədiklərim.

Qeyd: bu cəhət bizi heyvanlara daha yaxın edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *