1

itirmək birtərəflidir

qəribə düşüncə tərzidir. hamı elə bilir ki, qarşı tərəflə razılığa gələ bilmirsə, anlaşılmazlıqlar çoxdursa, deməli onun xasiyyəti çətindir, ağırdır. bu belə deyil. sadəcə qarşı tərəflərin müəyyən müddətdən sonra beyinləri “xoşbəxtlik iflicindən” azad olur. bir-birilərini olduqları kimi görürlər, görünmək istədikləri kimi yox.

özüm haqqımda danışmaq istəyirəm. əslində bugün kifayət qədər düşünmüşəm, və düşüncələr öz təsirlərini fiziki göstərdilər, 3-7 saniyəlik nəfəs ala bilmədim. həyat çox sadədir, kəslər üçün ki, yaşamağı bacarırlar. sevərək, sevməyərək. əsas hissləri idarə edə bilməkdir. hisslərin məntiqə gətirdiyi bir təkan olduğunu anlamaq lazımdır. sevgi hissini də, ayrılığı da. ayrılıq faciə deyil. yeni başlanğıcdır. zatən son yoxdur. forma dəyişikliyi var.

itirmək qorxusu. mən psixoloq deyiləm, ama qədərindən çox məşğul olmuşam və bu qəbrə girənə qədər daim davam edəcək. qadınlarda problemdir. bu arada, atalarımızın sözü – qorxan gözə çöp düşər – yadıma düşür həmişə. əslində bu belədir. insan qorxaraq etmək istəmədiyi şeyi edir. necə ki sən indi bu yazını oxuyanda mən dəxilsiz olaraq “Eşşəyin gözləri qəşəng olur” deyirəm və sən eşşək təsəvvür edib onun gözllərini xatırlamağa çalışırsan. Qorxu da belədir. uzaqlaşmaq istəyirsən o hissdən, ama daim yaxınlaşırsan, çünki unutmursan, həyata özün də bilmədən mənfi müdaxilə edirsən. Nəticədə itirirsən.

Son olmur, yeni nəsə başlayır, sənlə ya da sənsiz. mən əvəzolunmazam, sadəcə sən əvəz edə bildiyin üçün əvəzolunan sayıla bilmərəm. Çünki mən təkrarolunmazam. Baxıb deyərsən ki, eqonun bu dərəcəsi məndə psixoloji problemlər yaradıb və mən bunu dərk etmirəm, ama əmin ol ki, sən məni anlamayacaq dərəcədə başqasan, buna görə də itirirsən.

Bu gün çox fikir mübadiləsi apardım içimdəki MƏN-lərlə (hə, onlar 3 nəfərdirlər). Tanıdığım bütün qadınları vərəqlədim, gördüm ki, Sezen Aksu, Şebnem Ferah və anam (heç vaxt mama ya da ana demədiyim insan). Fərqli simalardır və onların bir cəhətləri onları əvəzssiz edib mənimçün, əzm, səbr, maksimum anlama. Hardan anlayıram? çətin deyil, anamı tanıyıram. O biri ikisinin isə mahnıları hər şeyi anladır.

hə, sonda deyim ki, hər bir kəs özünə görə sevilir və özünə görə də tərk edilir. itirmək birtərəflidir. barəsində düşündüsə, olacaq.

P.S. mən həyatımı hər bir kəssiz təsəvvür edə bilirəm. doğulanda ilk həkimimi gömüşəm, onu xatırlamıramsa, hər kəsi arxivə atmaq olur.

1 thought on “itirmək birtərəflidir”

Leave a Reply to Nigar Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.