Dark-Way-wallpaper
2

Yol

yol..mmm…
yolun kənarında ot bitər, tikan da bitər. ən çox isə zaman bitər. ama yol bitməz.
yolun kənarında qəbirsanlıq da olar, yol da.

yol zaman deyil, zaman yoldur. geriyə də, irəliyə də. yuxu da yoldur, nəfəs almaq da, vermək də yoldur. yolun üstündə olunmur, yolun yalnız içi var. altına da girmək olmur. yol pis vərdişləri sevmir. yol – onu görmək istədyin kimi görsənir. parça-parça, uzun və sonu bilinməz, dönüşü olmayan biristiqamətli və ya çoxşaxəli və sonsuz. kələkötür, enişli-yoxuşlu, relyef pozuntuları və s. yol bizə seçim verir və biz onu seçirik, necə olacağını. yol adildir. o, bizə şüurlu və ya şüursuz etdiyimiz seçimlərə baxmayaraq, həmişə yeni seçim şansı verir. bu əbədi olaraq belə davam edir. əgər sən düşünürsənsə, belə deyil və mən haqsızam, onda sən düz düşünürsən.

yolda durmaq olmur, yolda dursan belə yolun içindəki zaman səni harasa aparacaq. yolda durmaq olmur. durmağa çalışsan, o yolda olan başqaları səni əzib keçərlər. ama bu əzilmək özü də bir yoldur. ama əzilməməklə o yolu getmək varkən əzilmək, yolu görməyən yolçu olmaq deyil mi?

amma Texasın səhralıqlarını yaran yollarda bu mahnı həmişə yerinə düşər.

2 thoughts on “Yol

Leave a Reply

Your email address will not be published. Required fields are marked *