0

am stil vid yu, may qad of vor

Gel gör beni aşk neyledi.. bugün başlayandan, əslində bir neçə gündür ki, özünü yüklənmiş kimi hiss edən biri.. çox qəribə və gözləmədiyi hadisələr. Gülməlidir.. 22 yaşında ikinci dəfə böyük həyatdakı kimi mövcud olma hissi. Böyük problemli kimi. ÇAÇA.. qəşəng içkidir..dərəcəsi çoxdur. Ama rənginin qeyri-adiliyi yüngül bir içki təəssüratı yaradır. Çox süzüb içirsən, konyak kimi yandırır, araq kimi tutur.

Onu içib yaşadığım hadisələrdən sonra dinlədiyim qrupun mahnısında deyildiyi kimi İ still love you. Kiss. Hər şeyin axırına çıxıb əvvəlini qoyan da Kiss-Öpüş oldu.

Etdiyim heç bir şeyə görə, yaşadığım heçnəyə görə, tanıdığım kimsəyə görə peşman olmuram. Özümü tanıyıram. Maksimum dəyərləndirib edirəm. Mən müharibə İlahəmi hələ də sevirəm.

 Bu gün …sıyrıldım rollarımdan, çünki artık yokum bu gün..Dünən isə çox çetin bir şey etdim və əminəm..

Bugün anladım niyə daş kimi soyuq olduğumu.. özümdən artıq sevdiyim kəsi çox pis üzmüşdüm. Onu üzmək özümü, ruhumu cismimdən soyub çıxarmaq imiş, sən demə… incidilməyə layiq olmayan insanların qəlbini qırıram. Köhnə sevgimin heyfini lazımsız insanlardan alıram. Zövq verir. Axmaq kimi bir gülüş.

Eqoist. Özlərini bucür adlandıranlar bunun necə olduğunu hələ bilmirlər. Bu məhz BELƏ olur. Alors on danse.. həyatdakı problemlərə “POFİQ” deməyi öyrədən ən gözəl musiqilərdən biri.. problemlərin janrından asılı olmayaraq.. demə ki, mən “elə” deyiləm “belə”yəm. Görünəcək. Etdiyin ilk hərəkətindən. Ikinci reksiya və üçüncü sözündən.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.