0

Reklamda Minimalizm

Bugun Minimalizm Kvadratda başlığı altında bir məqalə gördüm. Maraqlı gəldi.

İsraildən olan Noma Bar adlı tələbə öz orijinal minimalist üslubunda illustrasiyalar yaradır.

Qüdsdə Betsalel İncəsənət Akademiyasının tələbəsi olan bu gənc deyir: dizayn – minimum vasitə və maksimum ifadə deməkdir. Bu tezisi əlində bayraq edərək Londonu fətd etməyə getdi. Orda BBC, The Observer, The Economist, Wallpaper, IBM, Vodafone, Coca Cola kimi nəhənglər üçün öz şedevr plakatlarını yaratmağa başladı.

Hal hazırda Noma Barın 38 yaşı var və iki kitab nəşr etdirib: “Guess Who” (tap kimdir) adlı məhşurların portretlərindən ibarət olan bir yığma və “Negative Space” (neqativ fəza) adlı illustrasiyalardan ibarət olan ikinci yığma.
Noma Borun imzası çox asan bilinir. İşləri isə özlüyündə dahiyanədir.
Lokonik elementlərdən dərin mənaya malik, fəlsəfi anlam daşıyan rebuslar yaradır, eyni zamanda izləyiciyə bilməcələr verir və anındaca ipucunu təqdim edir.

HEYİF Kİ, YANIMDA DEYİLSƏN… ÇARLİ ÇAPLİN… TAPANCA… İBM: SÜRÜCÜLƏR TIXACLARI ONLAR YARANMAMIŞDAN ƏVVƏL GÖRƏ BİLƏRLƏR… BOMBA… QIRMIZI PAPAQ… SONUNCU KADR (FİNAL CUT)… ÜZGÜÇÜ… UTANAN OĞLAN… İRAQ NEFTİ… PARANCAYA QADAĞA… KİTABIN ÜZ QABIĞI… İKİLİKDƏ ÇAY…KAPUŞONDA KÖK QADIN… KENNİ… SÜLH VƏ MÜHARİBƏ… QAPANMIŞ… MÜHARİBƏ ÜZƏRİNDƏ BİZNES… ŞƏXSİYYƏTİN GÜCÜ… İBM: HİNDİSTANDA KİÇİK SƏHMLƏR BÖYÜK MƏNA KƏSB EDƏ BİLƏRLƏR… ACLIQ… İNCƏ FÜSÜNKARLIQ… İBM: İNDİ YEMƏK ÖZÜ DEYƏCƏK, NƏ QƏDƏR TƏZƏDİR… KRİMİNAL QİRAƏT… TƏQAÜD VƏ DAŞINMAZ ƏMLAK… QREYT-CONS-STRİT… HAVADAN QAÇMAQ… DÜŞMƏNLƏRİNİ BAĞIŞLA

P.S. Adlar qeyri-ardıcıl düzülüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *