1

Stop-Motion necə hazırlanır. Milli “fotoqraflar ordumuza” müraciətim.

Bu yazımı Bakımızı, ölkənin də 90% -i paytaxtda olduğu üçün elə ölkəmizi zəbt edən milli fotoqraflara müraciət kimi qəbul edin. İsmarıcım odur ki, boş-boş fotosessiyalarla və facebook konkursları ilə yığmısız boğaza. Hamı da bir studiya açır, adını da filankəs photography qoyur. Deməli belə. Mən sizə görə fotokamera almaqdan vaz keçdim ). Ona görə də normal olaraq, sizin peşəkarlığınızı nəzərə alıb (özünüz belə deyirsiz, mən də inkar etmirəm) bir təklif edirəm. Yəqin ki, Stop-Motion bilirsiniz nədir. Fotolarla animasiya hazırlamaq. Çətin və çox qəliz məsələdir. Bu postu xəbərsiz olanlara həsr edirəm və belə bir “milli” slow-motion hazırlamaqlarını istəyirəm. Həm sizin üçün PR-dı, həm təcrübədir, həm də əsl professionallar ortaya çıxar. Başladıq.

Aşağıda görəcəyiniz 1 dəqiqə 30 saniyəlik Stop-motion animasiya üçün 1072 foto çəkilib. Çəkilişlər teeter-totter-tam animation studiyası tərəfindən aparılıb və animasiyaya “I Look & Move ” adı verilib.  Kadrda siz ancaq ayaqları görürsünüz. Cizgi filminin çəkilişi insan gözü hündürlüyündən aparılıb. Kadrlar heç bir proqram təminatı istifadə olunmadan manual şəkildə uyğunlaşdırırlıb. Bu animasiyada stop-mation-un ənənəvi üsullarından istifadə olunmayıb və hər şey manualdır.

Baxaq :::–>>


Şunu daha büyük bir haritada görüntüle: I LOOK & MOVE

 

Bütün səhnələr Moskvada çəkilib. Ona görə də filmdə şəhər əhval-ruhiyyəsi var. Aşağıdakı xəritədə çəkilişlərin baş verdiyi bütün məkanlar qeyd olunub. Məncə Bakıda da kifayət qədər çox yer var )


Daha böyük xəritə üçün: I LOOK & MOVE 

Sözsüz ki, film hazırlanan da hava, yol, yaşayış sahələri və bir çox başqa maneələr olacaq. Elə peşəkarlığınız da burdan bilinəcək. Bu elə də asan iş deyil. Məsələn: yuxarıdakı filmin çəkilişi 16 avqustda başlayıb və oktyabr ayının ortalarına qədər davam edib. Təxminən 2 ay. Maskalardan da istifadə olunub. Apple Motion 5-lə kadrlara təxminən 150 ədəd maska tətbiq edilib. Bir də deyim ki, bu animasiya Sony a33-lə çəkilib. Hər dəfə fərqli fotokamera ilə çəkmək məsləhət deyil.

Sonda isə deyim ki, animasiyaya musiqi fikirləşəndə yaxşı olar ki, studiyaya müraciət edin və peşəkar biri süjetə uyğun bir şey yaratsın.

1. Müxtəlif səhnələrin birləşdirilməsi üçün ayaqların vəziyyətinin uyğunlaşdırılması.

2. Lyukla olan səhnələr. Zərəbədən qayıtma görüntüsü üçün bir neçə fərqli lyukların fotosu çəkilir ki, insan gözü bunu deformasiya kimi qəbul etsin.

3. Məkanın dönməsi. Konkret bir nöqtə götürülür və dönmə onun ətrafında baş verir.

4. Kadrlar boyunca krossovkaların yoxa çıxması və ayağa dolanmış kağız parçaları ilə əvəz olunması. Kadrın çətinliyi ondadır ki, bu kadrı tək hazırlamalısan. Qumda artıq ayaq izləri qalmamalıdır.

5. Cəld hərəkətlə keçid. Çəkiliş əvvəl Moskvada çayın yanında, sonra Qələbə parkında fontan ətrafında, amma ayaqların hərəkəti dəqiqliklə sinxronlaşdırılıb. İkinci kadrda isə şalvarın yaş olduğunu görə bilərsiz. Çoxlu sayda sinxronlaşdırma zamanı  su onun üzərinə düşür. Ümumi animasiyada isə insan gözü onun fərqinə varmır.

6. Xəritənin telefondan çıxması.

7. Effektiv enmə, əslində müxtəlif vaxtlarda və müxtəlif yerlərdə çəkilmiş müxtəlif fotoların sinxronlaşdırılmasıdır.

8. Lyukun dönməsi. Animasiyada elə görünür ki, guya lyuk dönür, amma hər şey nisbidir. İnsan lyukun ətrafında dövr edir.

9. Tormozlama fizikası. İki obyektin qarşılıqlı təsiri effektini necə vermək olar? Daşlardan istifadə etməklə…

10. Hərəkət üzrə məkanın dəyişməsi. 3-cü kadrdan insanın düşməsi (kadr düşmə vaxtı çəkilib) görünür və kameranın meylliliyi dəyişir. 4-cü kadrda isə insan sadəcə ayağını qaldırır və əmin şəkildə asfalt üzərində dayanır.


Bu da son. Rolikdə çoxlu effektlərdən istifadə olunub. Heç bir xüsusi proqram təminatından istifadə etməyərək. Rolikin çəkilişində isə cəmi 2 nəfər iştirak edib. Aşağıdakı kiçik videoda çəkiliş prosesinin bir hissəsinə baxa bilərsiz.

 “I LOOK & MOVE”-nun  Teeter-Totter-Tam tərəfindən çəkili.  Vimeo-da.

Hə, əziz milli fotoqraflar ordumuz. Buyurun, bu meydan, bu da təlimat (bilməyənlər üçün. bilməmək də eyib deyil, postu oxumamaq eyibdir). Alın əlinizə fotokameralarınızı düşün ölkəmizin canına, promolar edin. Aparın təqdim edin Holdinqlərə ki, reklamlarını bu cür kreativ edə bilərik. İdeyanı da hədiyyə edirəm. Məndə onsuz da çoxdur. Uğur olsun.

P.S. fotoqraf olmayan yoldaşlara müaciətim odur ki, bunu fotoqraf olan yoldaşlara göstərin.

 

One thought on “Stop-Motion necə hazırlanır. Milli “fotoqraflar ordumuza” müraciətim.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *