3

bu bir dühadır.. bu allahdır..

bu musiqi deyil, bu sükutdur, bu susqunluqdur, ifadəsizlikdir…bu ağır həyatdan sonra sonra dincəlməkdir, gözlərin açıq səmaya durmadan baxmasıdır, bu nəfəsin duyduğu ehtirasdır, bu qoxudur, bu ağlayışdır, bu daxili hayqırtıdır, bu bir yaşam əsəridir, bu qəzəbli göz yaşlarından sonra ürəkdən gülməkdir, dirijorun son işarəsidir..bu meşənin səhra üzəində qələbəsidir, bu vəhşilərin məhvidir, bu gözəllikdir, bu kədərdən sonra, nəm yanaqlarda əmələ gələn təbəssümdür… bu qadınların hüququdur, bu kişi dominantlığının heykəlinin sürüklənib ayaqlar altında tapdanmasıdır..karlığını duymayan uşağın sevincidir…bu enerjinin bədəndən səslə çıxarılmasıdır, bu fleytanın klarnetlə müharibəsidir, səs tellərinin üsyanıdır, bu zərbin çarpılmasıdır…bu incəliklə aqressiyanın vəhdətidir, aram-aram atılan addımlardır, ucadan çağıran sakit tondur.. rənglər alqoritmidir, ritmlərin rəqsidir, dəlilikdir, düşmənçilikdir, nifrətlə dostluğun qarşıdurmasıdır, kompramisdir, “gəl, əyləş.. indi cavab ver!” deyə siqar çəkən ağ qaşlarla örtülmüş gözlərin müəllifinin 2 anlığa fikrə dalmasıdır..

bu tanrısızlığa ibadətdir, qadının simasında zərifliyə səcdə edən kobudluqdur…

bu bir fəzadır ki, əvvəli və sonunda zaman anlayışı əllərini qaldırıb təslim olur.. coşqun bir konfrans keçirən notlardır.. bu Ravelin BALERO-sudur…və Sylvie – nin rəqsidir..

3 thoughts on “bu bir dühadır.. bu allahdır..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.