stanislav-odyagailo-01
0

Fridrix Nitşe – “Dəli”

“der tolle Mensch”
….
Tanrının ölümü elan olundu.
Fridrix Nitşe – Dəli adam.

Məgər siz günün günorta çağı fənəri yandırıb bazara qaçaraq “Mən Tanrını axtarıram! Mən Tanrını axtarıram!”, deyə qışqıran dəli adam haqqında eşitməmisiniz?

Orda dayananların çoxu Tanrıya inanmayanlar olduğu üçün o, insanların gülüşünə səbəb oldu.

“Məgər o azıb?” biri soruşdu. “Balaca uşaq kimi itib?” başqası dedi.
Yoxsa o gizlənib? Bizdən qorxur? O gəmiyə gedib? Mühacirət edib? – və bu şəkildə onlar necə gəldi qışqırırdılar və gülürdülər.

Dəli onların arasına tullandı və nəzərləri ilə onları deşdi.

“Tanrı hardadır?” o bir haray çəkdi “Mən  sizə deyəcəm!

Biz onu öldürmüşük – siz və mən!
Biz onun qatiliyik! Amma biz onu necə etmişik?

Necə ola bilər ki, biz dənizi içmişik?

Kim sizə süngər verib ki, bütün üfüqü siləsiniz?
Biz Yeri onun Günəşindən azad edəndə nə edirdik?

Biz hara doğru hərəkət edirik?
Bütün Günəşlərdən uzaq?
Biz fasiləsiz batırıq?
Və arxaya, yana, qabağa, bütün istiqamətlərə?
Hələ də yuxarı və aşağı var? Məgər biz sonsuz heçnənin içində veyllənmirik?
Biz boş fəzada nəfəs almırıq?
Daha soyuq olmadımı?
Gecədən sonra gecənin gəlməsi əbədi davam etmir?

Fənər günortadan əvvəl işıqlandırılmamalıdır?
Tanrını basdıran qəbirqazanların səsindən heçnə eşitmirik, məgər?
Tanrı çürüntüsünün üfunətindən heçnə qoxlamırıq, məgər? Tanrılar da çürüyür.
Tanrı öldü! Tanrı burdadır! Və biz onu öldürdük!
Biz özümüzə təsəlli veririk, qatillərin qatilləri?

Dünyanın indiyə qədər sahiblənmədiyi ən müqəddəs və hər şeyə qadir olan bizim bıçağımızla qanına qəltandır – bu qanı bizdən kim siləcək?
Hansı su ilə biz təmizlənə bilərik?
Hansı barışıq bayramını, hansı müqəddəs oyunu biz icad etməli olacağıq?
Bu işin ölçüsü bizim üçün böyük deyilmi?
Biz özümüz Tanrı olmalı deyilmiyik, onun ləyaqətini göstərmək üçün?

Bu heçvaxt böyük hadisə olmayıb – bizdən sonra doğulanlar buna böyük tarix kimi yanaşır, nəinki indiyə kimi olan tarixə!”
Burda dəli susdu və öz dinləyicilərinə baxdı: onlar da susurdular və təəccüblə ona nəzər salırdırlar. Sonda o, fənərini yerə atdı, fənər parça-parça oldu və o çıxdı.  “Mən çox tez gəldim”, sonra isə “Hələ də vaxtı deyil” dedi o.

“Bu böyük hadisə hələ yolda və gəzintidədir – hələ insanların qulaqlarına çatmayıb. Şimşək və ildırımın zamana ehtiyacı var, ulduzların işığına zaman lazımdır, işlər üçün zaman tələb olunur, onlar bunu görülmək və eşidilmək üçün etdikdən sonra belə. Bu hadisə ən uzaq ulduzlardan da uzaqdır – və buna bamayaraq onlar bunu etdilər.” Hətta deyirlər ki, dəli eyni gündə başqa kilsələrə girib və özünün Requiem aeternam deosunu oxuyub. Nitqə çağıranda o, həmişə bu cavabı verir: “Nədir bu kilsələr indi, əgər Tanrının qəbri və sərdabəsi deyillərsə?!”

P.S. alman dilində “tolle” sözü “dəli” və “böyük”, “ulu” kimi iki cür məna daşıyır. hansı olduğuna yəqin ki, fərd qərar verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *