Kein.Kommunismus
1

Kommunizm və 7-ci Qitə

Gecədir. Bekarçılıqdır. Yuxu yox. Ona görə yazıram.

Son vaxtlar ən çox diqqətimi cəlb edən şey “kommunizm”, “kommunist” və bu kimi “sol” və s.dir. Hər şeyi, Marksı, Engelsi, Kamyunu, Saartrı, Lenini qoyuram kənara. Söhbəti nəzəriyyə əsasında qurmaqda Solfront.org ustadır. Həmçinin indiki “sol”çular da. Həyat baxışlarımda təhlillərə üstünlük verdiyim üçün konkret tərəf saxlamıram ki, obyektiv düşünə bilim. Tənqidi və təqdiri sevirəm.

Bizim solçular, eləcə də tanıdığım bütün solçular aqressivdirlər. Bunu normal qəbul edirəm. Çünki narazı olduğun bir şeyə qarşı maksimum göstərə bildiyin reaksiya budur. “Sol”, “Humanizm” anlayışları şəxsi münasibətim belədir. Eşidəndə gülürəm. Tanıdığım Bakıdakı solun, AKM-in nümayəndələrindən ən savadlısı Karlo Lebt adı ilə Facebookda məskunlaşan Fəriddir (soyadını bilmirəm). Niyə?! Baxmayaraq ki, həmişə mənə “ilişir” (həmişə zarafat etdiyini güman edirəm, amma həqiqi ola da bilər) diskusiya zamanı ağıllı söhbətlər etmək olur. Adam çox kitab oxuyub. Mən yəqin ki, onun oxuduğu kitabları oxumayacam. Sözüm ondadır ki, onunla bir dəfə söhbət etdik, o izah etdi ki, bunlar nə istəyir.

Bizim solçular və çox digər solçular solçu deyillər. Yarımçıq anarxistdirlər. Təbii ki, hamısı yox. Niyəsini belə izah edirəm. Kommunizm deyib küçələrə çıxmaq sadəcə kapitalizmə etirazdır. Kapitalizmə etiraz isə o vaxt meydana gəlir ki, sən kapitalizmin şərtləri altında istədiklərini əldə edə bilmirsən. Amma bu o demək deyil ki, sən solçusan, kommunistsən və s.

Qeyd edim ki, sosializmlə kommunizmi səhv salmayın. Bundan sonra işlətdiyim bütün kommunizm sözləri sadəcə bir növbəti formasiyanı ifadə etmək üçün olacaq. Bu kommunizm deyil, krokodilizm və ya insanizm də ola bilər.

Bir arxaya baxıb, qısa nəzər salaq. Tarix oxumusunuzsa, biləcəksiniz. Heç bir tayfa ağsaqqalı bilmirdi ki, o ibtidai icma quruluşunda yaşayır. Və sonrakı mərhələ haqqında ideyaları belə yox idi, yəqin ki. Sonrakı mərhələ quldarlıq oldu. Necə olduğunu tarix kitablarından oxuyun. Yəni ki, ibtidai icmada bir neçə “kommunist” tapıldı və indiki kimi olmasa da, quldarlığı  – yeni formasiyanı – yaratdı. Sonra da qullar gördülər ki, istədiklərini ala bilmirlər, necə ki, indiki kommunistlər kapitalizmdən, qalxdılar ayağa. Nəticəsi yeni formasiya oldu, Feodalizm. Düzdür, bu formasiyalar çooox əsrlər davam ediblər. Amma nəzər alaq ki, demoqrafiya, ETT, ETİ falan ya yox, ya da çox zəif idi. Feodal quruluş da başladı bezdirməyə, nəticəsi Kapitalizmi gətirdi. Amma Leningil Çar rejimindən birbaşa Sosializmə adladılar. Yəni Feodalizmdən Sosializmə, Kapitalizmi saymadılar. Unutdular ki, təbiətin öz balansı var. Ha əlləş vuruş, maksimum 70 il. Sözüm onda yox. Sonralar anladım ki, niyə məktəbdə tarix müəllimi ictimai quruluşları say deyəndə Sosializmin üstündə çox durmurdu.

Niyə sosializm az yaşadı? Çünki Kapitalizm dağılmağa hazır deyildi, hələ çiçəklənmə mərhələsində idi. Kosmos təzəcə araşdırılırdı və bu kimi çox şeylər.

Qayıdıram indiki solçulara. Bizimkilərə müraciətim var. Deməyim odur ki, aqressiv olmaq boş şeydir. Onsuz da “kommunist” və “sol” sözlərinə normal əhalinin reaksiyası mənfidir. Qarşı tərəfdə müdafiə sistemi avtomatik işə başlayır. Necə ki, bir vaxtlar məndə var idi. Həm də əgər bir şeyi öyrətmək istəyirsənsə, onu özün yaxşı bil. Oturub 5 tom Kapital oxumaqla, Düriq, sonra isə Anti-Dürinq oxumaqla, Qırmızı rəngə boyanmaqla, Kamyunu, Saartrı, ÇEnin məktublarını tərcümə edib Solfronta yerləşdirməklə yeni formasiyaya olan tələbatı normal birinə izah edə bilmirsən. Fəridə yazdım ki, bəs məncə işi düz aparmırsınız. İzahatım sual oldu. Hardasa 1 ildən çoxdur, ya da ona yaxındır ki, solfront.org fəaliyyətdədir. Bakıdakı “AKM”in sayı nə qədər artıb. Yəni müqayisə üçün deyim ki, Dalğa GH-ın köhnə heyətindən əsər-əlamət qalmayıb. Üstəlik Solfrontdan sonra yaranmış olan N!DA GH-ın ciddi kadr heyəti var. Bəs sizin nəyiniz var? Nəzəriyyələriniz? Kimə lazımdır axı bu.

Aqressiya məsələsinə bir misal. Ramin Hacılı bir dəfə mühazirələrinin birində qəşəng bir söhbət etmişdi. Deyir, əgər mübarizə apardığın şey böyük qalın divardırsa, sənə o tərəfə keçmək lazımdır və silahın mismardırsa, sən onu bir ömür deşəcəksən, ya da ömrün deşiləcək. Ondansa, siyasətin olsun, divarın sağından, solundan onun arxasına keç. Bəlkə orda səni tank gözləyir. Sənsə onu arxadan öz tankı ilə məhv edəcəksən.

Bilirəm ee, yazı uzun olur. Amma pofiq, yazacam. Kayfı olan oxusun.

Biraz da başınız işləyəcək. Bu yaxınlarda bir ispan qız alman dilində 7-ci kontinent haqqında referat hazırlamışdı. İnanmıram ki, Azərbaycanın ictimai sferasında yığılmış ağıllısından “ağıllısına” kimsə belə bir şey eşidib və bilir. Nədir bu 7-ci qitə.

Sakit okeanın ortasında İspaniyadan 2 dəfə yekə olan böyük bir zibil və tullantılardan ibarət ada var. Yəni dünyanın heç kimə lazım olmayan bu artıq şeyləri orda toplanır. Ekoloji problem. Ekoloji problemə ən çox səbəb olan amillər birbaşa elmlə bağlıdır. Elm isə iqtisadiyyatla dönər reaksiya yaşayır. Yəni bir-birilərinə xidmət edirlər. İqtisadiyyat isə siyasəti təyin edir. Bu başda oturanlara baxmayın. Onlara “örtülü biznesmenlər” pul verməsələr, heç kimdirlər. Yəni ki, mən pulu verirəm Əliyə, Əli siyasətçidir, deyirəm ki, bəs filan qanun belə olsun. Elə. Əlini də xalq seçmir. Xalqın adından mənim pulum seçir. Belə şeylər.

Yəni ki, pul qazandıqca qazanmaq istəyirsən, nə edirsən? Bizim ölkə bərbaddır deyə, insanların biznes, al-ver yox, anlayışları sıfrın altındadır. Apple şirkəti görür ki, iPhone 1 əla pul gətirdi. Qazancın müəyyən hissəsi elmi-tədqiqatlara sərf olunur, hətta böyük hissəsi ki, iPhone 2 çıxsın. Və çıxır. Daha çox qazanırsan. Sən qazan. Bunu kimsə alır axı. Aha. İş burda ilişir mıxa.

Nokia N9 ilə Lumia 800 arasında 6-7 ay fərq var. Blyəə, N9 almısan, xəbər tutursan ki, bu ƏS-də Nokianın ilk və son istehsalıdır. Deməli proqramçıların burdan gəlirləri olmayacağı üçün App yazmayacaqlar. App-sir nə Smartphone. Və beləliklə telefonu ikinci əl satırsan. Belə-belə bu telefon 3 ildən sonra düşəcək Nokia 6600-ın indiki vəziyyətinə. Yəni, deyim biləsiz ki, ən lazımsız texnologiyalar, həmçinin digər gündəlik tələbat malları gedir Afrikaya, daha doğrusu Nigeriyada böyük zibiltoplama mərkəzi var. Ora. Saz olanlar ucuz qiymətə satılır. Olmayanlar və heçnəyə yaramayanlar gedir 7-ci qitəyə. Bu mərkəzlərdən Çində, Almaniyada, ABŞ-da və başqa böyük ölkələrdə var. Dünyanın zibilinə Sakit Okean yiyə durur. Bu balaca şey deyil. Təbiətin nizamını pozur. Fəlakətlər-falan ortaya çıxır. Qarşısını almasaq, bəşəriyyət əldən gedəcək. Bəşər övladı isə ölmək istəmir, amma qazanmaq da istəyir. Kapitalizm isə bu şərtləri qoyur. Sən elmin inkişafına “dur!” deyə bilməzsən. Şərtlər isə artıq məhvə aparır. Nə lazımdır?

Babaaaaaammmmp… Bəli, yeni formasiya. Adını nə istəyirsiz, qoyun. Kommunizm, İnsanizm, Heyvanizm və s. Formasiyadan formasiyaya keçidlər təbii ki, fərqlidir. Hər dəfə tamam başqa səbəblər yeni quruluş tələb edir. Kapitalizm hələ bitməyəcək. Bəlkə də birazdan kütləvi qırğınlara, xəstəliklərə, məhvlərə səbəb olacaq. İnsanların sayı süni azaldılacaq. Niyə? Çünki çox insan Kapitalistə xeyir verir, istehlakçı çoxalır, pul çox gəlir. Növbəti formasiya məncə buna ehtiyac duymayacaq. Özünüz zamanla görəcəksiniz.

Sonda onu deyim ki, kommunist və solçu yığını. Sizin hay-küyünüzlə, özlərini liberal, libertarian, feodal sayanları söyməyinizlə, Hitleri, faşizmi alçaldmağa çalışmağınızla deyil, onsuz da yeni formasiya gələcək. Bu təkamüldür. Yaxşı olar ki, ağlınızla işləyin və gələcək üçün ətrafınıza güvənəcəyiniz kadrlar yetişdirin.

P.S. əslində bu yazı çox sadə yazılıb. yəni aydın olmaya bilər. Xırda nüansları sizin öz intellektinizə buraxmışam.

One thought on “Kommunizm və 7-ci Qitə

  1. Hormetli muellif,
    mence insanlar bu dunyada muxtelif olkelerde eyni zamanda ama ferqli formasiyalarda yashadigi kimi, eyni mekanda ve hette eyni olkede, sheherde, blokda muxtelif formasiyalarda yashaya bilerler – elbette bu menim subyektiv fikrimdi. o ki qaldi sosializme, bu agilli, tekamulden kechmish, cemiyyetin inkishaf pillelerinde yalniz ireli geden toplumlar uchundu… eger bu gun Afrikada insanlar (hem de milyonlarla insan) ibtidai icma qurulushunda yashayirsa az sayli inkishaf etmish sivilizasiyanin boynunun borcu deyil ki, onlari da inkishaf eletdirsin, hem bunu istese de eliye bilmez iqtisadiyyat buna imkan vermez…Afrika numune ucun tek deyil bashqa qitelerde de kifayet qeder problemli choxsayli toplumlar var…Tesevvur edin 10% dunya ehalisi her sheyi derk edir oyrenir ekoloji felaketinin miqyaslarini, ETT. ETi ve s en yuksek zirvesine chatir, diger 90% hele de adice chorek uchun bir gecede 100-le qardash bacisini dograyir, zulm edir ve s… bu dunyada sosializ qurmaq mumkun deyil.. elaci QIYAMETDI…Allah bilen meslehetdi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *