1301172713_albinoni_valentine_by_ahermin-d39iukm
0

Qırmızı cib dəsmalı..

Hərdən elə əsərlər olur ki, adamı alt-üst edir. Ona görə yox ki, sən onu eşitməmişdin və eşidib dərinliyə getdin. Məhz ona görə ki, sən onu uşaq vaxtı kiçik bir fragment şəklində qavramışdın. O an həyatında baş vermişlər o kiçik fragmentə hopub beyninin dərin qırışlarında itir batır. Birdən necəsə o mahnı 12-14 ildən sonra qarşına çıxır. Xatirələr ağ-qara olur. Alen Delonun filmləri kimi.

Bəzən vağzalda sevgilisini gözləyən birini, bəzən qaranlıq küçə ilə növbəti qətl haqqında düşünən dedektivi, bəzən də sadəcə ayağını o biri ayağı üzərinə atıb, saçlarını səliqəli şəkildə daramış, əlində viski qədəhi, gecənin səhərə varmasını öz gizləndiyi mənzilin pəncərəsindən izləyən mafiya başçısnı xatırlayırsan. Amma nədənsə, bütün ağ-qara xatirələrdə ya qırmızı cib dəsmalına, ya da gündəlik vərəqlərinin arasında qorunan solmuş qızılgül ləçəklərinə rəng verə bilirəm.

Mr.Nobody filmindən sonra bir qeyri-adi müraciət etdim bir xanıma. Cavabı məni çox qane etmişdi. Amma filmlərin bitdikləri kimi, gözəl gözlənilməzliklər də sona çatır.

Bu mahnı həm də son nəfəsini rahatlıqla alan şəhər sakinin həyatındakı bütün kadrları bir anlıq nəzərdən keçirmək üçün sadə soundtrack də ola bilər. İlk sevgilisi, ilk evliliyi, son sevgilisi, son evliliyi… ilk və son ölümü.

Səhər açılır və hər şey olamış kimi öz axarı ilə davam edir. Ona görə gecələri sevirəm. Gecələrdə sevgilər və sevgililər gizlənir.

Tomaso Albinoni – Adagio in g minor by Morriegun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *