Zdorove-Ne-sdavaysya-slepota-ZHizn
1

Qara Fəlsəfə – Kor olmaq

Kor olmaq…
Bu gün metrodan çıxarkən kor bir yaşlının qoluna girib, 106 N marşurta qədər apardım…
Yolda gözlərimi yumdum və onun məni o marşuruta apardığını düşündüm…

“Qəribə bir minnətdarlıq yarandı içimdə o Kor yaşlıya…”

Bu yazımı da dəftərçəmə gözlərimi yumub yazıram…
Gözlərimi açanda gördüyüm “Qaranlıq, Qorxu, Səslər və işığa özləm..” Görmək budur əslində
Və …
Dəftərçəmin Sərhədlərini aşdığımı bilmədən yazmağa davam etmişəm.
Həyatı yazmağa çalışan Kor biri olaraq əminəm, bu sərhədləri də aşıram zaman-zaman… Xətirinə dəyməsin, həyat… Görməsəm kor olmazdım…

Kor olmaq, əslində, sərhədləri görməmək , Lal olmaq məsafələri ləğv etməkdir mənə görə…
Bir azadlığı beynimlə ruhum paylaşa bilmədiyi halda kor olmaq bir məhbusluq deyil ki…
Və lal olmaq üsyanları yatıra bilmirsə, mən bədən üzvlərimdən azad bir həyatı seçməliyəm…Seçmişəm.

Yaşlı dayı mənə dedi ki, ” Hər gün sənə əziyyət verirəm… Çox sağ ol..”
Anladım….

Maraqlıdr….
Kor olmaq əslində ƏSLİ görməkdir…

Axmet Baycan
Kor

https://www.facebook.com/qara.felsefe

One thought on “Qara Fəlsəfə – Kor olmaq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *