photo-manipulation-surrealism16
3

bugün ətrini duydum kimi

Bugün böyük bir şey baş verdi desəm, nə qədər səhv edərəm ki?! Tək otaqda oturmuşam, cəmi bircə çay qaşığım, bir çaydanım.. və inanmazsan.. bir qutu kofem var. səni anbaan mənə daha yaxın edən bir qutu..

fincanın bitməsini gözləmədən növbəti fincanı dolduran, fikirdən ardıcıl çəkən tiryakilər kimi. Bəlkə də Balzakın romanını yazmağı üçün hər gecə içdiyi 50 fincan kofe oyaq qalmağı üçün deyildi..

bugün səsini eşitdim kimi gəldi mənə. o kobudluqda gizlənmiş rəngli incəlik, ağ-qara filmdəki seçilən qırmızılar kimi. ya da yağışın altında sevgisindən dəlisov bir rəqs, tənha rəqs, onun hardasa uzaqlarda bunu hiss edəcəyini düşünərək, islanmış bir rəqs. bir akardionu tərk edən notlarla pianodan ayrılan notların görüşü.
birdən xoşbəxtlik sərxoşluğundan ayılıb, gülümsəyib, kiçik-kiçik hoppanışlarla dar cığırla velosipedina qədər yola davam edən. kofe isə soyuyur.
hava da qaralır. alır o xəyalları öz təhlükəli ağuşuna bu aysız gecə. həyəcan, ağlamaq istəyi, gözdən axarmı duzlu damlalar dərindən alınan nəfəs sakitləşdirərkən?! gecənin aysız olmadığını, ayın sadəcə bu gecə görsənmədiyi izah edir və sən onun hardasa uzaqlarda, ama var olduğunu bilib, əmin olub, yenidən bir fincan kofe, isti kofe qoyursan nənənin açarını sənə verdiyi o kişik evdəki kiçik stolun üstünə.

notlar alətlərdən küsəndə insanlar ağlayırlar. rəqslərin tempi düşür. addımlar yavaşayır, hətta ətalət də çökür qəlblərə. dənizlərdən, meşələrdən, buludlardan axan zaman sənə dərman olmur, zaman sadəcə zaman olur.

Zaman zaman-zaman onu sənə xatırladan, ona qayıtmağın, onu qaytarmağın yollarını sənə izah edir. Zaman zamanla unutmaq istədiyini zamanda unudulmayacaq bir şey olduğunu sənə sübut edir. Zaman yorğanını üstünə çəkib yatmısan, ama qəlbinə əsəs küləyin onu necə soyutduğunu hiss etmirsən. Zaman fincanın boşaldığı, onu yenidən kofe ilə doldurmağın zamanı gəldiyini sənə deyir. Zaman sadə dildə danışır.

Bu sevgi deyil, bu bir kofe ətridir. Kofe ətirli görüş, kofe ətirli qız, kofe ətirli gülüş, təbəssüm, baxış, kofe ətirli vida,
kofe ətirli ayrılıq.

rəsmlərdə yaşayan musiqimsən.. hər rəngdə bir, hər rəsmdə başqasan.
bu musiqi hələ çox davam edəcək.

Jose Travieso – 2011 – The Illusionist – 07 – The Illusionist by Jose Travieso

3 thoughts on “bugün ətrini duydum kimi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *