2

tör-töküntü

– susqunluq,  təcrid olunmaq, budur uğrunda səmalardan işıqları ruhundan məhrum olma bahasına oğurlayanı yadlaşdırmaq, doğma olduğuna olan şübhəsinə son qoymaq,

heç kim onu görmür, heç kim onu duya bilmir, çoxmu içmək gərəkir gözdən axanın yaş olduğunu görmək üçün, ağlayanın soyuq məzardakı cəsəd deyil, ruhunu uğruna həlak etmiş nəfəs olduğunu duymaq üçün? ya da yəqin yaddaşın tarixə qovuşmalıdır.

– hərdən olur ki, ayılara məktub yazırsan, ümid edirsən ki, böyük, tüklü qorxu təcəssümündəki zəriflikdən başqa heç kim sənin incə, qüsursüz vücud sahibindən gördüyün laqeydliliyi anlaya bilməz.

itirilmişlər unudulmuşlardan həmişə öndə olacaq. axtarılmasalar da, xatirələrdədirlər, ikincilər göz önündə görünməzlərdirlər.

– alatoranlıqda dəniz kənarında düzülmüş adamsız stullara tamaşa etməyə alüdə olanları yığdım bir yerə, məgərçi bunları birləşdirən yalnız bu maraq imiş. əli qulağının dibində, başı aşağı, qüruru yuxarı olan biri, ya da kofe içməyə pul tapmamaq.

hə, ətri burnumun ucundadır, o yaxınlaşır, çatır, məni bərk qucaqlayacaq, mən də onu, sonra nə olacağını demədi, mənim ola da, olmaya da bilər.

– qəhvə sərxoşluğu.

fərq etmir, əqlini bihuş edən o deyil mi?! hər dəfə yeni bir paket alıb ilk dəmin zay çıxması..

– uzun müddət həsrətini çəkərək gözlədiyin cavabın “yox” almağına bənzəyir.

əsas olan cavabı almaq deyil?

– cavab almadan quracağın xəyallar bəs?!.

cavabsızlıq akvariumda üzən balığa onun akvariumda üzməsini deməməklə onu xoşbəxt etmək kimidir..

– o, dəniz arzusundadır, dalğaları bəzən yataq, bəzən qırmızı, kəmşirin şərab damcıları, bəzən də səssizlikdə hüzur.

tutulmayan vədlər.

– tənhalığının dostu olan günahsız quşa qəfəsdən azad edəcəyini söz verən  sahibin qəzaya uğrayıb erkən  azad olması kimidirlər onlar.

o heç vaxt sənin olmadı.

– barışmış kimiyəm.

bu dəfə sən getdin..

– mən heç kimdən getmirəm, yol göstərirəm və özləri çıxıb gedirlər. unutmuram, unutmadıqlarım mənim xəzinəmdir.

bəs mübarizə?

– sülh tərəfdarıyam.

tökülən o göz yaşları..

– layiqli yerlərini tapdılar, torpaqda. səpdiyi tənhalıq toxumları suvarmaq üçün səsləmişdi onları məndə..

 
10 – Clubbed to death – original composition: Rob Dougan (2008) by Hydeman

 

2 thoughts on “tör-töküntü”

  1. Она все еще заставляет меня переводить это все. Удали как прочтешь.

Leave a Reply to Hafizz Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.