ilkiyyat
2

İlkiyyat

“mən ilk olmaq istədim” – dedim sənə. sənsə bakirəliyi düşündün. yox,yox. “mən ilk olmaq istədim”, bir də dedim sənə. indiyə kimi vurula bilmədiyin ilk, aşiq olub, məşuqun hisslərinə həsrət qaldığın ilk olmaq istədim. ya da ilk olmaq istədim. sənsə yataq düşündün.
mən düşündüm və düşündüm. sənsə anlamadın. mən ilk olmaq istədim. sən ilklərin hansılar olduğunu bilmədin. səndə çoxlu beşlər, yeddilər var, olub, doqquzlar olacaq, amma mən bir olmaq istədim.
birinci, amma başqa şey.
birincilər çoxdur…
birinci – hansı ki sənə vurulmayacaq
hansına ki sən vurulacaqsan,
birinci – hansı ki mənasız, əslində, mənalı söhbətləriylə səni güldürür, amma düşündürə bilmir.
birinci – hansını ki 2 aydan sonra unudacaqsan, “gəl “dost” qalaq” deyib, günah işlədəcəksən,
ya da heç vaxt əhəmiyyət verməyib üstündən keçəcəyin – birinci.
“vurulmusan” dedin. ilk baxışdanmı, son vidadanmı?!
son vidadan… niyə son vida? vida məgər bir dəfə olmur? ilk vida hansıdır?
sənsə hələ də “yataq” düşünürsən. mənsə sənin həyatında radionu ilk icad edən olmaq istədim. bəlkə də görəcəyin ilk ağ-qara televizor olacaqdım səninçün.
həyatını zirvələrə qaldıran ilk lift olacaqdım. sənsə məni qazılmış ilk quyu elədin.
nə qədər hadisə baş verməyib həyatında? say, ancaq hamısını say. sonuncuya qədər. sonda olanın ilki ola bilərdim.
– niyə ilk olmaq istəyirsən ki? – dedin
– olmayım? – cavam verdim
– yox. – adlı yalanı danışdın.
– artıq ilkəm. – kimi izah etdim.

çox şeylərin ilki olmayacaq. çünki sonlar var ki, ilklərdən güclüdürlər, ilk olmadan son gəlir.

The Necks – Fatal by AlexandraKomarova

2 thoughts on “İlkiyyat

  1. nece də doğru! təkcə bu movzuda deyil, ele cox mövzuda bizim cəmiyyətdə sonlarin güclü olduğu ilklerin aqibeti kimi…Başlanmaya tərəddüd edilən, qorxuya teslim olan, özü də insanların özlüyündəki qorxuya deyil, etrafındakı qorxulara teslim olunan başlanğıclar, fikirlər…
    Yazınızı böldüyüm üçün üzrlər…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *