13009120855216635
0

Qoca|Cavan

Bir zamanlar bir qoca vardı, yoxsa bu bir cavandı? Elə də fərq etməz. Hər şeyə susaraq cavab veriridi. Danışmağa həvəssiz idi?! Məncə deyildi, sadəcə, zaman çox uzun, səbr çox az idi. Paylaşacağı şeyləri anlatmaq üçün bir ömür gərəkdi. Onun isə bir ömrü vardı.
Susurdu ki, onu anlayacaq olan kimsə onu anlasın və o da sussun.
O, absurd azadlığının fərqinə varmışdı. Susmaq varkən sözlərə gərək duymurdu. Yordular, yordular bu cavanı, intihar etməyəcək qədər güclü/zəif idi.
Əslində başqa şey yazacaqdım, sadəcə unutdum nə yazacaqdım. Unutdum deyə bir qocadan yazdım sizə.

Cem Karaca – Çok Yorgunum by yercekimlikaranfil-2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *