Kandl_Lukas-Chamber_Music_Jewel_Case
4

tabutun yan-yörəsindən və ya divargülü tənhalığı

Eyni zamanda iki məkanda oturmuş kimi idik. Hər şey nanə qoxusu kimi aydın idi, amma biz uçduq ki, ekzotika yaşayaq. 1/5 yoxsa 2/5. Pivə də “Hoegaarden”. İnək dərili surrealist aləmdə ekzotik ölkə saydıq buranı. Yerli, azərbaycanlı ruhu daşıyan insan üçün hər şey adidir. Hər şey Şübhəli Gözlənilməz Ciddi Yan Təsirlə davam edirdi. Bizim insan həyata kimsə tərəfindən missiyalı gəlirmiş kimi. Məktəb, Uni (məcburi), Diplom (lazımsız), Əsgərlik (?), 24 yaş (evlənmək), 30 (2-3 uşaq) sonra bax da. Missiya, hamı da missionerdir, missioner pozasında qalırlar, onunla başlayırlar, onda qurtarırlar, bitirlər. Valideyn bu missiyada komissiyadır. İzləyir.
Family var. Əvvəl “famoly” olub. Father-Mother-Little. Little da uşağa deyirlərmiş. İnanmasanız, vikiyə baxın. Siz ona inanırsınız. Dada var. Müqəddəs inək quyruğudur. Uşaq dilidir. Anaya da “dada” deyənlər var. Hər şey isə “Dədə”nin “Dädä”, sonradan isə “Dada” olması ilə başladı. Yuğarden içirdik, pendirlər də iri idi, iki limon bir bütöv olmuşdu nə vaxtsa.
No.11811 axtardıq No.11812 tapdıq. Sonra birincini də aşkara çıxardıq. Mantra da mantardan gəlirmiş. Yoxsa elə deyil? 16 yaşda “ala” deyən qızlar və seksual inqilab problemləri bizlik deyil. Yaşımız qoca, seksimiz irsidir.
Biri də deyir: baltanı götür, beynini işə sal. Ya ağacı kəs, ya da Habili öldür. Bir də ermənilərin terror təşkilatları var, bizim yoxdur. Onda niyə özümüzü onlardan artıq bilirik?! Bir terrorçunun FİƏ-si, kitab evində pivə içən “dəryaye-əğl”dən çoxdur.
Hər şey bir kənara, ya da ortaya olsun. Kefdən asılı məkan dəyişsin. Bir məcburiyyət yoxdur. Şəbbugülü var. Maraqlı şeydir. Ingiliscəsi maraqlıdır. Bizim dildə heç bilmirəm hansı güldür. Ya da bilirəm. Sözüm onda deyil. İngiliscəsi “wallflover”dir. Qəşəngdir, elə deyil?! Bunu qərb əhli çox gözəl termin kimi istfadə edir. Rəqs zamanı kavalyersiz (bəysiz) qalan xanıma “divargülü” deyirlər. Divar kimi möhkəm, yoxsa onun kimi hərəkətsiz?
Biz bilmədik 1/5 idi ya 2/5. Birdə oturub 2 kimi görə biləcək beyinlərik. Ya da Nevadada oturmuşuq. Area 51-də. 1/5 Mərtəbə olmaya da bilərdi. Birincidə yadplanetlilər oğurladıqlarını saxlayırlarsa da, ikincidə doğmaplanetlirən özlərini oğurladıb, əcayibliyə qovuşurlar.

4 thoughts on “tabutun yan-yörəsindən və ya divargülü tənhalığı

  1. Superdi…daha gozel olardi ki metnin oxunub bitmesi ile musiqi eyni vaxtda biterdi..ortalama oxuma suretini nezere ala bilersen…onda partdadardin qaqash))

    • hər yazıda alınmır bu ortalamanı tutmaq :) mahnıların uzunluğu çox fərqli olur, amma yazıya uyğun olur, bu biraz qəlizləşdirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *