dramaturgiya
2

“Yazar” və Yazmazlardan

Bilirsiniz, dost və dost olmayanlar, başqa ölkədə oturanda məsələlər daha aydın nəzərə çarpır.Bir-iki kəlmə demək istəyirəm.

Məsələn: ölkədə ədəbi tənqidçi olmayanda Günel xanım Mövlud, Seymur bəy Baycan, Əli bəy Əkbər kimi şəxslər Heydər Əliyev adına Azərbaycan Respublikasında yazar sayılarlar və hətta Kafka ilə müqayisə də olunarlar, sevilərlər. Adını çəkdiyim 3-cü şəxsin Azərbaycan ədəbiyyatında etdiyi yeniliyi söyüşlü ədəbiyyat olub. Dana bilmərəm. Maarifləndirmə dovrünün yazıçıları aristokratik şəkildə, kinayələrlə bu milləti başa sala bilməyəndə (çünki səviyyə yoxdur millətdə ki, bunu başa düşsünlər) bu cür istiqamətin yaranmağı normaldır, mən tərəfdən qəbuledilən olmasa da. Daha açıq danışım. Keçənlərdə bir status yazdım və statusu “tupoylara” xitabən başlamışdım. Bəzi dostlar dedilər ki, bəs, tupoylar tupoy olduqlarını bilmirlər və hətta əksi olaraq səni tupoy hesab edilər. Onlarla razıyam. Mirzə Cəlil, Sabir də “tupoylara” xitab edirdilər, halbuki cahil olan biri kamilin dilindən anlamaz, cahilin dilində danışmaq lazımdır. Deməyim o deyil ki, 3-cü yazar cahildir, yox-yox, bunu deməklə mən cahil olaram və ədalətsizlik edərəm. Sadəcə, təəssüf ki, bizim millət o qədər cahildir ki, kamilin dili onunçün çinlinin italyalı ilə öz çin dilində söhbəti kimi məchuldur. Əgər almanın hollandla isveçrə ləhcəli almancası ilə danışdığı qədər olsaydı cahillik dərəcələri, tunelin dibində gün işiğı görünərdi. Bu hal olmadığı üçün Əli bəy Əkbər gedib tunelin o biri başında bir şam yandırıb ki, işıq var. Və “”öz dilidir, yəqin , başa düşər” deyə söyüşü döşəyir cahilin qabırğasına.

Yuxarıda, bəlkə də, ədalətsizliyə yol verdim. Son iki yazarı Günel xanım Mövludla bir cərgəyə düzdüm. Əvvələ bir mistik xırdalığa toxunum ki, bunların statusları yazardır, yazıçı deyil Bunlar sinonim və eyni dərin mənanı daşısalar da, mənim aləmimdə yazar sözü adını çəkdiyim son iki nəfərə daha uyğundur, nəinki yazıçı. Amma birinci olan, yəni xanım nə yazardır, nə yazıçı. İctimai cızma-qaraçı deyə bilərəm. İstənilən cızma-qarada isə nəsə məna tapmaq olar, elə İncilin özündə də.

Əli bəy Əkbərlə şəxsi münasibətim yoxdur, onun tərzini qəbul etməsəm də, pazı-pazla çıxararlar prinsipinə uyğun gəlir etdiyi. Ən azından bir ümid yeridir. Nə edək ki, millət olmayan xalqın səviyyəsi dəniz səviyyəsindən də aşağı düşüb. Seymur bəy Baycanla yolda salamlaşırıq, bu şəxsə qarşı heç bir antipatiyam yoxdur, amma ona “müəllim” deyə müraciət edən insanlar məndə kinayəli təbəssüm yaradır. Yəni dostlar və yoldaşlar var ki, mənə də “müəllim” deyə müraciət edirlər. Amma bu ikinci şəxsə müraciətlə baş verir. Seymur bəy Baycan halında isə bu 3-cü şəxsin təkində baş verir. Nəysə, bu elə də vacib deyil, amma toxunulası məsələdir. Mənimçün “müəllim” sözü, Ümummilli Liderimiz demiş, müqəddəs söhbətdir.
Günel xanım Mövludun həyata baxışında azad seks söhbətinə münasibətim yaxşıdır. Bizim, Əli bəy Əkbərin etdiyi kimi, söyülməli olan cəmiyyətimizin nümayəndələrinə çatan söhbət deyil bu. Amma bu xanımı yazar kimi görə bilmirəm, atam-qərdeşim.

Müşahidə etməyi xoşlayan və bunu məşğuliyyətə çevirən biri kimi arada Elmir bəy Mirzoyevi də görürəm. Yaxşı, ey bəy, ictimai fiqursan, indiki dövr üçün ziyalı sayılan birisən (halbuki, bir söhbətə görə ziyalı: uranın zənginləşdirilməsi üzərində çalışan on alim biləndə ki, bunu silah kimi istifadə edəcəklər, 9-u işə davam edir, 1-i isə tərk edir heyəti. Bax, ziyalı bu adamdır, ya da bu adam ziyalıdır), niyə belə edirsən axı? Və hər şey bir kənara, niyə bizim musiqiyə bir töhvə verib, dövrümüzün Üzeyiri bəyi olmayasan, bacarsan, lap onu da vurub keç. Niyə etmirsən? Amma mühacirətdə olmağın çətinliyindən yazıb, Günel xanım Mövlüda dəstək verirsiniz. Bu klassik metoddur, Rəsulzadə də mühacirətdə olub. Müşfiqsə burada öldürülüb. Demirəm ki, indi etdiyini etməsin, deyirəm ki, bunu öz sənəti olan musiqi ilə də göstərsin.

Söhbətim dəxilsiz görünürsə sizə, deməli, dəxilsizdir.
Heç kim öz işini görməyəndə elə olur, xanım və cənablar. Qabilin “səhv düşəndə yerimiz”i belə şeylərə şamil olunub.

Sonda bir fikrimi də əlavə edim. Babal yumuram, amma nəsə elə göründü ki, Əli bəy Əkbər Müsavata üzv olandan sonra, Günel xanım Mövlud isə azad seks söhbəti edib dindarlarla “guya” problem yaşadığını bəhanə edib getdi ölkədən. Pis çıxsa da, deyəcəm: Günel xanım Mövlud İslamda var-yox qoymadı. Mən özüm ateist olsam da, buna biganə qalmaram, amma bizim sektor gəncləri ateist olmağı dini söyməkdə, xüsusən də islamı, gördükləri üçün buna reaksiya vermirlər. Qısası, gənclər axmaq, “yazarlar” isə bu axmaqlıqdan istifadə edə bilib, aradan çıxan oldular. Elmir bəy isə mühacirətin əzablı olduğunu deyib, heç kimə bunu arzu etməməklə “sıvayır”.

Bir də ki, nə uzadım axı, vaxt var idi, Eynulla da qəhrəman idi.

2 thoughts on ““Yazar” və Yazmazlardan

  1. Çox düzgün fikirlərdir, Hafiz, dəstəkləyirəm! Ələxsus, hər kəsin öz işini/sənətini görməsi barədə razıyam. Bir məqama isə diqqət çəkəcəm. Ədəbi tənqid ədəbiyyatın olduğu yerdə olur, məhsul varsa tənqid var. Ədəbi sifariş olmadıqda isə ədəbi tənqidçiyə təlabat yaranmır. Digər tərəfdən, bizim yazarların (adı çəkilənlər birinci sırada olmaqla) ədəbi tənqidə predmetik yanaşması formalaşmayıb, konkret tənqid olunan materialın arxasında durmurlar (ki yəqin bu material ya yoxdur, ya da zəifdir), normal (yenə də predmetik) tənqidə şəxsiyyətə keçməklə və ya digər məqamlarla cavab verirlər, bunu ən son Azadlıq radiosunun müzakirələrində görmüşük. Bir yazar ki, tekstin tənqidinə – “Mənə paxıllıq edir” deyə cavab verir, ədəbi tənqidçi nəyə görə olmalıdır? Hansı səviyyəni tənqid etməlidir? Cahilin dilində danışan yazarı tənqid etmək nə dilində olmalıdır acəba? Tənqid intellektual mübadilədir, kötəyə öyrəşmiş cəmiyyətə (dediyin kimi səviyyəsi olmayan millətə) lazım olan cızma-qaranı bəxş edən yazara tənqid lazım deyil ki, ədəbi tənqidin olmamasına təəssüflənmək də lazımsızdır. Uğurlar! :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *