0

ümidlər illüziyası

Şeylərin qədərini ölçmək, bunu etməklə bir yerə varacağına inanmaq illüziyası ilə ümidlənib, həyata caynaqlı pəncələrlə sarılmaq var.

Arxaya çevrilib arxanı arxada qoymaqla irəli getdiyini düşünüb özünü aldadatmaq. Hər şeyi artıq görmüşsənmiş kimi çıxacaqsan bu yola. Halbuki təkrardır bunlar, sadəcə sol sağda, sağ solda qalır.
Otururmuşam tək otağın ortasında, ya da otağın ortasında tək. Belə baxanda bu otaq da təkdir, gələni də, gedəni də mənəm. Bir dəfə sənə ən sədaqətli dostum – divardan yazmışdım. O, elə bu otağın divarıdır. Qocalıb, köhnəlib. Amma dağılmayıb. Tavanım da yoxdur, o incidi məndən, uçdu, getdi. Dedi ki, gəlməyəcək, divara çırpılan yumruqlara dözə bilmirdi.

Həyətdə qara pişik var idi. Ümumiyyətlə mənim həyətim yox idi, amma orada qara pişik gördüm kimi oldum. Yerə səpələnmiş yanmış, yanmayanları da islanmış kibrit dənələrindən tavan düzəltdim, papiros artıqlarıylasa yalnız qalmış tək otağımın tənha divarınındakı iztirab boşluqlarını doldurdum. Qara pişiksə ağ dovşana çevrildi, və mən onu izlədim.

Şeylərin qədəri olmazmış, bir sən varmışsan çox uzaqda 7 əsrin sərkərdəsinin doğranıldığı bir səltənətdə, bir də mən, hardasa oralarda.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.