0

sadəcə İşığı söndür

Bəzən də həyatın mənası haqqında: “mən cəhənnəmə istəmirəm, amma cənnətə də inanmıram”, düşünürsən.

Dinin sənə söz verdiyi əbədi həyat, hətta cənnətdə olsa belə, qorxuducu həzzdir. Reinkarnasiya və ya ruhun başqa vücuda keçməsi fikrində də xoşagələn az şey var. Bəs yekun nədir: çalış özünü ideala yaxın apar, tanrının adı ilə dinin göstərdiyi təlimlərə əməl et, o tərəfdə baxarıq, görək sənə görə nə tapırıq. Elə bu? Bu qədər qeyri-dəqiqlik içində daha bir naməlumluq.

Sadəcə işığı söndür və hər şey bitəcək.

Heç vaxt yenidən doğulmağa meylim olmayıb. Bəlkə də həyatın mənası mənə hələ məlum deyil. “Mən indi, burada nə edirəm?”. Bu sual da “niyə” sualının interpretasiyadır. Həmhəyatdakılarımdan fərqli olaraq həyat mənim xoşuma gəlir.Mən hələ uzun müddər yaşamağa hazırlaşıram. Lakin mənim varlığımın arxa fonundakı məna deyir ki, qlobal baxımdan hər şey əbəs və mənasızdır. Mən pessimist və skeptik deyiləm.

Cəhənnəmə istəmirəm, lakin cənnətə də inanmıram. Mən bağlara və o bağlarda bəyaz əlbisəyə bükülərək əlində musiqi aləti gəzənlərə, çılpar hurilərə inanmıram. Bunlar varsalar belə, bu cənnətdən həzz ala bilməyəcəm. Nəzəri olaraq hər bir insanın öz cənnəti və cəhənnəmi olmalıdır. Özləri öz həzz və əzablarını seçməlidirlər. Beləki öləndən sonra insan kamilliyinin zirvəsinə çatırsa, onda öz günahlarını dərk edib, özü üçün ən ədalətli cəzanı özü təyin etməlidir. Ancaq ümumi, bütün insanlar üçün vahid cənnət və cəhənnəm yaratmaq çox asandır: cəhənnəm fiziki ağrıyla, cənnət narkotik vasitələrlə.

İslam ən gənc dünyəvi dindir və hind sivilizasiyasından fərqli olaraq sakitlik yox, əbədi həyat vəd edir. Mən əbədi həyat istəmirəm. Çünki bu, həyat yox, təsadüfi təkrarlanmanın ardcıllığı olacaq. Mənə əbədi, ya da nisbətən uzun olan aktiv ömür verin. Mənim doğulub, inkişaf edib, işləyib, qərar verəcəyim həyatı. Bu əbədi həyat olacaq. Yenidən doğulma vədi – əbədi həyat deyil, manipulyasiya edən yalandır. Bu, “sözə qulaq as, yoxsa gələn dəfə soxulcan kimi doğulacaqsan”ın böyüklər üçün olan versiyasıdır.
İnduizmdəki reinkarnasiya və sansara çarxı insanı soyuq tər bürüyən vəhşət gətirir. Bu, mənim indiyə kimi topladıqlarımın müsadirəsi deməkdir. Mənim hər şeyim istismar ediləcək – vucüdum, şəxsiyyətim, emosiyalarım, hissıərim, təcrübəm – və yerdə qalan heçnəni o qazana atacaqlar. Nə qaldı? Məni canlı edən qığılcım. Lakin bu, mən deyiləm. Elektrik qığılcımı maşını canlandırır, ancaq elektrik şəxsləşdirilmiş canlı substansiya deyil, heç şəxsiyyət də deyil. Hansı maşını canlandırmağa qərar verə bilməyəcək qədər acizdir. Sansara həyatdan onun mənasını alır. Yalnız sonluq prosesə bir məna verir, bizim psixikamız belədir, bizə nəticə vacibdir.

Monarxiya və dini devirmiş inqilabçı və üsyankarları anlamaq çətin deyil: din kütlə üçün opiumdur, yer həyatından başqa həyat yoxdur, ona görə də istədiklərin və düşündüklərinin bu həyatda baş verməsinə çalış və öz davranışlarının nəticələrini bu həyatda qəbul etməyə hazır ol.

Mən indi dərk etdiyim və gördüyüm dünyaya bağlıyam. Mən təmiz enerjidən olan plazma zonasına düşmək, ilahi başlanğıca qovuşaraq kainat sevgisinin çəhrayı burun suyunda üzmək istəmirəm. Mən döyüşlərdə əldə etdiyim şəxsiyyətimi qoruyub, saxlamaq istəyirəm, öz aktiv başlanğıcımı, fəaliyyət göstərən təbiətimi və bunları tətbiq edə biləcəyim predmeti istəyirəm.

Mən it və ya Şimali Koreya vətəndaşı, ABŞ vətəndaşı, İsveçrə sakini kimi dünyaya yenidən gəlmək istəmirəm. Mən məndə olandan razıyam və bununla yaşayıb inkişaf etməyi öyrənmişəm. Məni mənim qərarlarımın və seçimlərimin nəticələri qane edir. Mən öz məsuliyyətimi qəbul edirəm. Bu, mənə tam olaraq uyğundur və mən bilirəm bundan sonra nə edəcəm.

Sadəcə işığı söndürüm və var olmağım bitəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.