tree
0

Ağac

Bu köksüz ağaclar da qocalmaqdan qorxmur artıq. Yoldaşı torpaq qәdәr әziz, sirdaşı mәzar qәdәr sakit ağaclar. Tökür yol boyunca solmuş saçlarını, ağarmış bәnizini gizlәtmir dünyadan. Qürurlu, әdalәtli, müdrik qocadır artıq bu ağac, illәrin ağrılı vә qәddar sınaqlarında gövdәsini fәda etmiş. Yol boyunca uzanan bu әdalәtsiz mәzarlıq kiminә gözәl mәnzәrә, kiminә yalnızlığının şәriki, kiminә isә kimsizliyin kimliyinin kimliyidir. Külәklәrin әsrlәr boyu yarpaqlarıyla sevişdiyi bu kimsәsizin kimliyini kim bilir indi görәsәn?! Unudulmuş o gözәl bәniz, kiçilmiş vә hәlә dә illәr ötdükcә daha da kiçilir o sәrin sәmimiyyәt, o yalnızın kölgәsi kimi. Doğmalar kölgәlәrә sığınaraq kiçildikcә dünya da kiçilir, insan da, tanrı da. Vә gözәl günlәrdәn bir sәhifә kimliyi ilә әdalәtsiz tanrının mәhvi sayəsində әdalәti tәmin edir vә elә bu da yaratdığın tanrının әdalәtidir ki, görә bilmirsәn, duya bilmirsәn vә sәn dә özünә insan deyirsәn?! Tәәssüf..

Q.D.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *