Feridun Düzağaç çox bəyəndiyim türk rock musiqiçisdir. Matematik dersi mahnısına birinci dəfərdir ki, diqqətlə qulaq asıram, “mənə nə hansı dəniz hara tökülür”. Dərininə gedəndə kişi düz deyir 😛
Türkiyədə bu yaxınlarda Kanal D -de gece saat 4 de tələbələrin Türkiyənin Təhsil Nazirliyindən olan narazılıqlarına və təkliflərinə aid bir canlı verliş gedirdi. Onlarda da maraqlı paradokslar var. Tələbənin biri deyir ki, mən tarix müəllimiyəm və işə qəbul olunmaq üçün niyə fizikadan da imtahan verirəm?
Başqa bir şey: təsəvvür edin ki, bu il vakank yer olmayan iş yerinə imtahan verirsiniz, özü də məcburi. Ama iş yoxdur və nə vaxt olacaq o da bəlli deyil.
Fikir verin, türklər hələ yüksək təhsil verirlər. Ən azından bizimlə nisbətdə götürsək.