2

kosmos olub öpülmək incəliyin sükutunu pozur..

son zamanlar elmi saytlardan kosmik cismlər və orda olanlar barədə çox oxumaqdandır yəqin.. ora getmək istəyirəm.. yerdə axtardığım sakitlikdə uğultu var..həm tənhalıqla dost da ola bilmirsən, o da insanlara oxşayır, bir gün qoyur gedir, sonra da gözləmədiyin anda peyda olur və uzun müddət qonağın olur. ev sahibinə çevrildiyini düşünürsən.. ama kosmos.. ordakı sükut notları səni tanhalıq tanrısı ilə tanış edir. sakit kimi gələn səma cismləri..

özümdə qüssə hiss edirəm, tanrıya əbədi evlilik təklif etdim. mən bilirəm ki, o xəstədir. mənə verdiyi son baxışında tənha öləcəyimi anladım. son dəfə gözləri ilə dodaqlarımdan öpüb, tənhalığına qovuşdu.

orda bir qara dəlik var, tənhalığı udur, özününkü edir. amma kosmos çox sakitdir, o olub öpülmək istəyi isə sonradan çox utandırıcı bir üzrxahlıqdır. özünü bağışlaya bilməmə..incə birinin sükütunu pozduğuma görə. ağuşunu səma et mənə, orda qeyb olmaq istəyirəm..

2 thoughts on “kosmos olub öpülmək incəliyin sükutunu pozur..”

Leave a Reply to clawfinger Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.