0

Absurd Azadlığa uzun P.S. və O

Uzun P.S. sən bu şəkildə ilk olduğun qədər pozğun,  ikincidə əxlaqını kəşf edə biləcək qədər ağıllısan. Varlığının azadlığı səni bunu düşünməyə və görməyə vadar edir. Gördüyün ilk qədər məhbusam ki, ikincini birinci kimi görə bilmədin. Düşüncələrim qandallıdır. Onların özlərinin azad olduqları barədə oxuduqları moizə sadəcə moizədir. Ruhunla bu dünya arasında qırışlar var, azadlığın astanaları. Obaşlayır və bitir və bu sonsuz davam edir. Fikri dağılmış sübut rənglərin və formaların lirizmi qarşısında baş əyir. Hiss olunan qadın təravəti və siyah parlaqlıqdır.

Qara ilə parlaq ağın sitezində həbsə düşmüş bir qadın vücudu..o qədər mükəmməldir ki, rəsminə belə toxunmağım gəlmir. Bilirsən.. mən səni sevirəm, buna  tanrının göydə olmadığı qədər əminəm.. o qarşımdadır və mən onun əsrarəngizliyini seyr edirəm..sən bir əsərsən, səhifələrinə mürəkkəb izi olmayan əsər.

De, gözlərinə, qoy mənim yuxularıma gəlməsinlər, nə parlaq və də kədərli göz yaşlarından ürək narahat olmasın.İllər çiyinlərimə düşdülər, gəl səninlə qalaq, əbədi anlara yazılaq. Hər saniyədə ruhumuzdan bir parça olsun. Dodaqlarına de, qoy, məni öpməsinlər, kim bilir, bu bəlkə də başlanğıcıdır..sonsuz təkrarlanacağın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.