2

balığım ol..!

qaç qurtul.. nə qədər çox balıq olmaq istəyən var ki, keçmişlərini cəmi bir neçə saniyəyə unutsunlar və balaca akvaiumun böyük dünya olmadığına inanmasınlar. tək məni deyil, sənin də hər gün dərdin var, yoğun, bitkin, durğunsan. artıq dərdlər iki oldu və sınıq bir hissəm səni tərk etdi. lenti geriyə yığıb nə edə bilərsən ki?! ən yaxşı halda növbəti düymən “play” olacaq, təkrarlanacaq, zamanın qırıntılarına həkk olunub tarix əmələ gətirən hisslər.
bax.. düşünürsən ki, notrdam qozbeli.. niyə elə olduğu səni maraqlandırmayıb. o bələkdə saf idi. onun belindəkilər zamanın çöküntüləridir, sənə olan iztirabından, ətrindən, və baxışından..
indi isə fərq etmir, damarlarımda axan qan sənin nəsəfin qədər sərxoşdur..
biri olsun ruhunda, biri olmasam da..
sən oturub düşünmürsən, amma mən kofe içirəm, yanında tünd şokolad, tüstüsündə sənin ətrin, dadında ehtiraslı bədənin, son qurtumunda pik nöqtə və sənin çılpaq bədənin mənim üstümdə uzanıb qalması…
səni balıq edim, hər dəfəsində məni unut və yenidən tanış olaq, hər şey yenidən başlasın və ilk ehtiras ilk də qalsın, təzələnsin, qabıq dəyişsin, sən yenə də unut, mənim balığım ol.

fotoya görə Leylaya təşəkkür..

2 thoughts on “balığım ol..!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.