2

..elə-belə…

böyüdükcə niyə görə insanların uşaq olmaq istəkləri həmişə maraqlı gəlirdi, problemlərdən qaçmaq kimi istəkləri var onların. əslində isə böyük olmaq daha maraqlıdır. qərar vermək. həyatda bəlkə də ən vacib bir şeydir, çünki alqoritmin bununla yazılır, daha doğrusu özün yazırsan, istiqaməti təhtəlşüurda təyin edirsən. məhz sən. daha dəqiq etmək və  istəyə daha tez nail olmaq, tez qalsın qırağa,  istəyə nail olmaq ən əsası qərardan asılıdır. bu işi seçim, ya yox. düşünürsən. şahmat oynayırsan, hərdən allah kimi nəyinsə olduğunu düşünürsən.  bu o zaman olur ki, sən həddən artıq bezirsən bu ağır gedişli həyat şahmatında bilinməyən rəqibin bicliklərindən. və ümid edirsən ki, göydəki sənə yol göstərəcək. bir-iki partiya kömək edəcək. dərinə gedəndə isə özümüzü məcbur edib optimist olmalıyıq ki, nəyinsə iflasına məyus olmayaq.

baş verən hər şey yaxşıya olur. niyə? bəs hər dəfə bunu deyəndə yaddan çıxır ki, pisin qarşılığında deyirik. deməli hət baş verən şey, elə seçdiyimiz şeydir. sadəcə düşünmədən edirik, amma yaxşı olacağına ümid bu dəfəki pisi gələn dəfə etməyəcəyimizdir..

optimis olmaq çətin şeydir. məyus olanda optimizmə düşmək lazımdır. buna görə isə pofiqist olmaq lazımdır. gəlin pofisit olaq. çox düşünək, qərarı gülərək verək..heç kimin heç bir mənəvi haqqını tapdamadan mənəviyatımıza istirahət verək. yatmasın, amma dincəlsin və siqar çəksin.

Tags:

2 thoughts on “..elə-belə…”

Leave a Reply to clawfinger Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.