0

Sonshoo

Köhnələrə qaytımamaq kimi bir vədim var özümə. əslində, verilmiş söz də deyil, sadəcə zamanla qazanılmış bir vərdişdir. Yenə də özünə “Sonshoo” məchulluğu götürmüş “O”nun dünyasına nəzər saldım bu gecə. Gözlərindəki qəmmi, qüssəmi. Dərindən baxıram..

Yenə macar rapsodiyası və yenə də o hislər. “O”nsuz hislər. Bəlkə də nə qəm, nə kədərdir. Sadəcə vaxtında onun uzatdığı əli tutmadığım üçün mənə istiqamətləndirdiyi sərt baxışlardır. Dərinində bəbəklərinə zəncirlədiyi məhkum göz yaşlarını necə də oxuya bilirəm. Ağırdır. Aşağı notlar qədər, onlar arasında gizlənən pauzalar qədər. Qocanın aramla atdığı addımlar qədər, irəlidə qaçışan balacanın çevikliyə baxaraq çəkilən həsəd, nostalji, o uzadılan əli tuta bilmək imkanının var olduğu günə qayıtmaq, kənardan seyr etmək və özünü söymək qədər.
Bəlkə də heç nə demir o gözlər. Mən sadəcə özümdən uydururam və artıq oxucu da unudub məni. Heç vaxt unutmayacağını deyib, inanıram ona. Yuxu kimidir. Oyanıram və yenidən yatıram ki, yenə də “O” haqda düşünüm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.