0

sO’nun 3 Vibrasiyası

Salam. Sizinlə rəqs etmişdik? İsti olsun, yoxsa soyuq?

Davam edək.

Olubmu ki, səhər-səhər dinlədiyin musiqinin ahəngi sənə fəsli-tabestanın füsünkar parlaqlığını o qədər gözəl təsvir edir ki, payızın boz, çiskinli və nəm nəfəsi üçün içində bir darıxma yaransın? 40 il Musa kimi səhrada azmışcasına dolaşıb, bu gözəl qum dənəciklərinə bütün varlığını vermiş olduğun halda illərdir axtardığın şəhəri tapasan və səhraya əbədi yaranmış məcburi sevginə həmişə fatal istək bəslədiyin şəhər əğyar kəsilsin.

O şəhər uzaq olduğu qədər uzaqdır. O cismən uzaqdır. Ruhən isə həmişə səni oxuyub, ruhunu anlayanındır.Gün keçdi və bu, zamanın bir silləsi idi, dəydi, incitdi, sızıltısı çəkilir, ancaq barmaqların yerini həmişə hiss edəcəksən.

Salam. Nə qəşəng ruhunuz var?! Südlü olsun, yoxsa şəkərli?

Sona yaxınlaşaq.

Zaman həmişəki kimi mövzunun baş tacı olmaq istəyir. Qəribə müəmmalıq içində oturub, təkrarlanan “dördküncləri” dinləməklə nəyi anlamağa çalışdığımı heç cür dərk edə bilmir. Niyə “üçbucaq” deyil ki onlar? İcazənizlə, izah etməyə çalışım. Həm də kimə lazımdır axı yarımçıq qavranılan izahatlar? Bir də zamanın nə dəxaləti var idi bu ardıcıllığına nabələd olduğum yazıya? Niyə ağlaya bilmirsən?

Əvvəli şəhər, sonrası zaman.

Salam. Buyurun, nəsə deyəcəkdiniz? Göy olsun, yoxsa bənövşəyi?

Baylayaq.

 


 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.