0

Biz

Biz yaşayarıq deyə gəldik, yaşlandıq.
Biz yaşlanarıq deyə gəldik, saçımıza kül oturmadan dünya oduna kül olduq…
Gözəldir amma torpaqla sevişmək, deyə təsəllilərlə ovutduq illər boyu yalnız və yanlış ruhumuzu. Ruhumuzu tanrılara, cismimizi insanlara kölə etdik, tanrının da insanın da biz olduğunu düşünmədən. Düşüncələrimiz əsir oldu beynimizə. Beynimizi də cəmiyyətin yanlış vərdişləri böyütdü, iradəsizlik laylalarıyla, həzin, minor notlarda. Bezdik, üsyan etdik, “o kim ki?!”, “yetər, bəsdir, dayan”, dedik. O da elə hekayətdir həminki. Şərablarla ovunduq biz illər boyu, xəyanətdən də, sədaqətdən də mədət ummadan. Unutduq unudulmamalıları, unudulduq zamanla.

Q.D.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.