Uzun illər əlində kofe ilə gəz. Hərdən qarşına səhradakı mirajlar, hərdənsə sevgiyəbənzər hisslər çıxsın. İnan, güvən, rənglən. Ahənginə qovuşub, axmış kimi ol. Sakitləş, sükunətdə qayğı çək, nəvaziş göstər, nəzakətli ol. Həyatın bir illüziya olduğunu uzun zaman öncələr demişlər. Bunun fərqinə varanda səhrada susuzluqdan son nəfəsini almış kimi ol.
Həyatın qara şahzadənin qanunu üzrə hərəkət edir, sürəti artdıqca, zaman dayanır, sürətlə irəlilədikcə yerində qalır. O, qaranlıqda dayanıb, həyatında ola biləcək birini gözlədi, çox uzaqdadır. Etiraz etdi. O, hələ də bugündədir, dünənə qaçacaq. Sanki əbədi davam edir. O çox uzun yolu seçdi, fərqi yox idi, o, zirvədə idi. O, hələ də çox uzaqdadır. Kəllə sümüyü içindən qaranlığa baxırcasına, yuxusuz gecə, titrəmə və qolsuz pencəklərinə etiraz etdi. Samovarvari söhbətlərin bəxş etdiyi yorucu hüzur. Qaçmaq və təkliyin çox gözəl yol yoldaşı olmağını isbat etmək. Sənə aksiomlar lazımdır, əzizim. Teoremlərin kökü Şrödingerin pişiyinin taleyi kimidir.
Atomun musiqisini eşitmək üçün dinləyə bilmək lazımdır. Ona görə Arximedin dirəyi “Evrika” dəyərindədir. Səni mənə bir addım yaxın edər.
Məqsəd işığı yandırmaq olanda düyməni basan zaman televizor indikatoru kimi enerji məsrəfi olmamağa çalışmaqdır. Cümlələr də qəliz olanda ucları vərəqləri çevirən zaman barmağına tüpürcəyi ilə nəvaziş göstərib, kitaba işgəncə verən insan obrazı yaradır. Spiralvari bulvarda dibə gedir kimiyəm. Dib dediyim zirvə də ola bilər. Bunu ölçə biləcək dəyər vahidim də yoxdur. Yəni bir şeyi də ölçməsək olmaz ki?! Struktur xaosu yaşansın və tapılsın lazım oradan verən cümlələr olan mənaları.
Xortumunu itirmiş bir sürü bizonam səhrada, rəngim də Göydür. Marsın səmalarını yuyan dəniz kimi nəfəs istəyirəm. Bir də, mahnıya sona kimi qulaq asan yaşıl Kərkədanlar var.