3

after NEW YEAR drinkin'

Belə başlayım.

Keçmiş 2010-u yola verdiyinizə görə sizi təbrik edirəm, elə özümü də. 2010-da mənim nələrim qaldı. 6 ay əsgərliyim, 9 dənə çürük dişim, 1 dənə itmiş əlcəyim, 2 il sevib unuda bilmədiyim  birinə olan hisslərim, 8 ya da 7 girlfriendim, 21 il içkisizliyim.

2011-i də yaxşı qarşıladım. Deyə bilərəm ki, özümü dərk elədiyim vaxtdan ilk yeni ildir ki, əla təəssürat bağışladı. Gözəl insanlarla bir otaqda Zubrovskidən vurduq, əlimizə keçəni yedik, Tekila adı ilə  yerli araqla doldurduq qara ciyərimizi ki, qoy biraz o da kef eləsin.

Bir nəfər bir qəşəng söz dedi: bizim camaat sevinməyi də bacarmır. Düz söhbətdi. Belə götürsək, bayram bizim deyil. Qonşu dindən gəlmə bir şeydir. Bayram sahibləri bildiyim qədəriylə evdə otururlar, ya da hardasa restoranda, axır bir məkan tapırlar ki, yaxınlarla deyib, gülüb, şellənsinlər. Ama biz nə edirik?! Çıxırıq küçələrə, sülənirik o ki var. Yeni ili ya hansısa özünəoxşar əks cinsin nümayəndəsinin yubkasının dalınca düşərək, ya da 10 nəfər bambılı, qara geyimdə qırmızı şaxta baba kepkasında böyürə – böyürə, onun – bunun ayağının altına, cibinə “zırpaket” ata-ata qarşılayırlar. Bu il demək olar ki, yeni il əhval ruhiyyəsi yaşamadım və mən tək olmadığıma əminəm.

Bu bayramı qeyd edənlərə axmaq kimi baxan pessimitlər də var ki, elə bilirlər ki, həyatın bütün əzabları bunların çiyinlərindədir və hər şeyi hamıdan yaxşı anlayırlar. suala bax: bu insanlar rəqəmlərin dəyişməsini niyə belə qeyd edirlər?

Cavab verməmişdən əvvəl deyim ki, bu bir pessimistin kinayəli sualıdır. İndi cavab verim. bu rəqəmlər ki dəyişir, ilk növbədə dünya iqtisadiyyatında can qoyan bütün şirkətlər, birliklər, hələ o birilərini demirəm, sıfırdan başlayırlar ilə, qalıqlar falan, daha nələr nələr. Bu qədər işi görəndən sonra qeyd etməyə səbəb var hər halda. Başqa tərəfdən də camaatın əylənməyə ən böyük bəhanələri var. Sən həyatdan küsmüsən deyə camaat ağlamalı deyil. Həm bu optimistlər olmasa, sən hardan olacaqdın. Nəysə..

Yeni ilə yaxşı girdim.. görüm necə davam edəcək.. Amma qəşəng pivə içmək istəyirəmmm..

3 thoughts on “after NEW YEAR drinkin'”

Leave a Reply to Zhala Najafova Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.