New Orlean
0

Dünyanın 10 ƏN Seksual Festivalı

“Seksuallıq” sözünü hərə bir cür başa düşür, həm də kökıü surətdə fərli. Bəziləri üçün “seksuallıq” qırmızı dekolte paltarda, qırmızı dodaq boyasında bir qadın, bəziləri üçün rəssam tərəfindən rənglənmiş bədən, digərləri üçün Monika Bellucinin baxışları, ya da Megan Foksun gözləri, ya da Victoria’s Secret-in modelləri və s-dir. Qərb KİV-i “seksi əyləncə” həvəskarları üçün dünyanın ən böyük festivallarının siyahısını hazırlayıb. Mən də sizə təqdim edirəm. Başladıq…

1. New Orleans Burlesque Festival (Yeni Orlean, ABŞ) hər il sentyabır ayının ortalarında keçirilir.. Üç gün ərzində bayramın qonaqlarının striptiz görmək, “qaynar” əyləncə məkanlarına getmək və burlesk-şouların ləzztini çıxarmaq şansları olacaq. Ən cəsarətlilərə master-klaslarda iştirak etmə təklif olunur.

2. German Fetish Ball Weekend (Berlin, Almaniya) dünyanın ən böyük beynəlxalq fetiş-festivallarından biri hesab olunur. 2012 ci ildə may ayının 25-dən 28-nə kimi keçiriləcək. Bu günlərdə ən riskli moda nümayişləri, seks-performanslar və əyləncələr planlaşdırılır. Qonaqlar açıq tərzli dəri geyimlərdə ya da ümumiyyətlə çılpaq şəkildə festivala qatılırlar.

3. World Body Painting Festival (Kernsten, Avstriya) – Bu hər il keçirilən bayram öz bədənində və ya üzündə şəkil çəkməyi xoşlayanlar üçündür. Festival çərçivəsində body-art moda nümayişləri, konsert və əyləncələr keçirilir. Tədbir qonaqları bu “bədən incəsənətinin” əsaslarını öyrənə bilərlər.

 

4. Sexy International Film Festival (Melburn, Avstraliya) пhər noyabr ayında keçirilir. Bu festivala dünyanın hər yerindən sevgi,münasibətlər və seksə həsr olunan filmlər qatılır. Tamaşaçıları çoxlu sayda çılpaq və alt paltarlarda olan aktyor oyunu səhnələri gözləyir.

5. Exotic Erotic Ball & Expo (San-Fransisko, ABŞ) artıq 30 ildir ki keçirilir. Baxmayaraq ki, keçən il bayram baş tutmadı, 2012 ci ildə mütləq yenidən qayıdacaq. Seskuallıq və özünü ifadə etmə azadlığının şərəfinə olan bu festival konsertlərdən, ekzotik rəqslərdən, maskarad gecələrindən və erotik çıxışlardan ibarətdir.

 

6. Kinky Salon (Yer Kürəsi). Bu tədbirlərdən ən məhşuru Kopenhagendə olandır. Festival bütün dünyada keçirilir və “müsbət-seksual özünüifadənin təhlükəsiz öyrənilməsinə” həsr olunur. Analoji tədbirlər qonaqları Amsterdam (Hollandiya), Nyu-York (ABŞ), və Londonda (Böyük Britaniya) gözləyir.

7. Nudes-A-Poppin Pageant and Festival (Rouzlon, ABŞ) – bu ən böyük nudist festivalıdır. Bu il 21-22 iyul tarixində keçiriləcək. Qonaqlar üçün çoxsaylı konkurslar planlaşdırılıb. Həmçinin Şimali Amerikanın Mister-Nudisti və “Doğan Ulduz” Miss-Nudist də olacaq.

8. Rio-de-Janeyrodakı (Braziliya) Karnaval seksual rəqslər və parlaq kostyumlar sevən hər kəsin xoşuna gələcək. Festival bu il 18-21 fevralda baş tutacaq.

9. Seattle Erotic Art Festival (Sietl, ABŞ) 2002-ci ildə əsası qoyulub. Təşkilarçılar incəsənət vasitəsilə insanlara özünüifadə azadlığını aşılamaq istəyirlər.  Qonarlar üçün erotik quraşdırmalar, açıq master-klaslar, kino nümayişləri və əyləncələr təşkil olunacaq. Bayram bu il 16-17 və 22-24 iyunda keçiriləcək.

10. Phallus (Tirnavos, Yunanıstan) ilk növbədə kişilərə həsr olunur. Festival iştirakçıları qədim Yunanıstanda şərab, divanəlik və ekstaz tanrısı Dionisə öz töhvələrini verirlər. Qonaqları kişi cinsi orqanını xatırladan və ya onun formasında olan yeməklər, mebel, keramik əl işləri və digər predmetlər və əşyalar gözləyir.

 

 

Sonda qeyd edim ki, yuxarıda sadalanan festivallardan başda Folsom Street Fair  (San-Fransisko, ABŞ – sentyabr), Erotica (London, İngiltərə – noyabr), Hot d’Or (Kann, Fransa – may), Kutemajrvi Sex Festival (Hangesniemi, Finlandiya – iyul), Mardi Gras (Yeni Orlean, ABŞ – fevral), Love Parade (Almaniya – iyul) festivalları da hər il qeyd olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *