frankfurt-am-main_places
0

EIN DEUTSCHEHƏYAT – Frankfurt Macəralarım

Dünənki Frankfurt am Main macəramdan yazıram:

Əvvəla deyim ki, Frankfurt Hessen torpağının ən böyük şəhəridir və əhalisi 2009-un göstəricilərinə görə 672 000-dir. Mayn çayının üzərində yerləşdiyi üçün Frankfurt am Main adını alıb. Mayn isə Reyn çayının qoludur. Frankfurt sözü qədim franklarla əlaqəlidir. Dünyanın ən böyük hava limanı burdadır. Almaniya Federal Bankı, Avropa Mərkəzi Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası ilə də məhşurdur. Yəni ki, bunların hamısı burda yerləşir.

hər şey elə başladı ki, Trierdə oxuyan dostum Elnur Əhmədli (yeri gəlmişkən, Əhmədlidə qonşuyuq) mənə zəng elədi ki, bəs ayın 25-i Frankfurtda Anathema qrupunun konserti olacaq. Gedirsən? Dedim, ala həri.

Ayrı-ayrı şəhərlərdən yaşadığımız üçün, qərara gəldik ki, ikimiz də Frankfurtda görüşürük. Saat 9-da mən öz şəhərimdən çıxdım. Saat 11-də elnurla görüşməli idik. Elə alındı ki, Elnur univerə getməli oldu. Mən saat 11-də artıq çatmışdım ki, sms gəldi. “Ancaq 12-də çıxacam, qatara baxdım, saat 4-də ordayam”. Fikirləşdim ki, blyəəə tək-tənha ilk dəfə düşdüyüm şəhərdə hara gedim ki, azıb qalmayım. Hər halda 5 saat mıx kimi vağzalın qabağında durmayacaqdım. beləliklə vağzalla üzbəüz olan küçəyə üz tutdum.

 

     

Sol tərəfdə Türkiyənin bayrağı asılmış balkon gördüm. Sağa baxdım zərgər dükanı, içində qəşəng üzüklər var idi. Girdim ki, soruşum, sən demə, day-day türk imiş Biraz söhbətdən sonra öyrəndim ki, kişi 40 ildir ki, burdadır, amma alman vətəndaşı deyil. Soruşdum: “neden”, dedi: “Ben Türkiye catandaşlığından çıkmam”. Adam ölkəsi ilə qürur duyurmuş. Üstəlik də Almaniyada ömürlük oturum icazəsi var. Kef.

Sağollaşıb üzü fransızsayağı alman kafeləri olan küçə tərəfə getdim. Qarşımda BOMJların məkanına oxşar bir şey çıxdı. Sən demə bu …

 Avropa Bankının qarşısında  idi.

Bu yazını görən kimi, keçən il Dalğanın İçəri Şəhərdə toplantısı vaxtı bir ABŞ-lı day-dayın bizim şəklimizi çəkib: “Occupy Baku” deməsi idi. Açığı niyə belə dediyini o vaxt anlamamışdım.

Üz tutdum bu kiçik “məhəlləyə” və qəribə, maraqlı etiraz tərzinə şahid oldum.

     

     

Bu “məhəlləcik”dən çıxıb bayaqki istiqamətimə davam etdim. Yolun sonunda çox maraqlı tikili gördüm..

..sonra Elnur mənə dedi ki, bu oteldir. Çox gözəl idi..

Sağa-sola baxdım, keçid gördüm, düşdüm ora ki, yolu keçib istiqaməti dəyişim.

Keçid, nə keçid....hər tərəfdə şüarlar-falan. adam darıxmaz. Orda fikirləşdim ki, görəsən, bizim Qalereya adlandırılan mərkəzlərimiz almanların keçidləri kimi gözəl nə vaxt olacaq. Keçindən çıxıb, biraz qabağa, körpü tərəfə getdim. Yolda gözümə velosiped parkına bağlanmış və sahiblərini gözləyən veliklər dəydi.

Gördüyünüz bu velik  azı bir həftədir ki, bağlandığı yerdədir. Hətta son iki həftədə yağan yağışlar ucbatından pas da atıb. Amma bir kopoyoğlu gəlib onun nə təkərini söküb aparmır, nə də özünü. Amma Bakı olsaydı…nəysə.

Davam. Günün günorta çağı yolun kənarlarını təmizləyən maşın  və yolun o tərəfində böyük tikinti işlərinə baxmayaraq, heç bir tozun və palçığı olmadığını da gördüm.

Çıxdım körpünün üstünə,  çayın kənarında alman xalqının kef elədiməsinə biraz tamaşa etdim,  yavaş-yavaş bu  cığırsafonla keçib, gəlib çıxdım  bu körpüyə. Əvvəl başa düşmədik ki, niyə bu qədər adam bu körpünün üstündə sadəcə durub. Yaxınlaşanda nə görsəm yaxşıdır?! Qıfıllar, bəli-bəli. Məhz bu qıfıllar:  üzərilərində isə sevgililər öz adlarını həkk etdirib, ya da edib, gətirib bura bağlayırlar. Bir növ adətkərdədür. .

Körpedən leçib o biri tərəfdən aşağı düşəndə iki nəfərdən sms gəldi. Biri deyirdi ki, Dom Römer-ə gedim, o biri isə Film Muzeyinə. Yaxınlığımda olan bir qadına yaxınlaşıb bu yerlərin harda olduğunu soruşdum. Belə məlum oldu ki, Dom Römer düz yanımdadır. Bura Frankfurtun “Torqovi”si sayılır.  havada dayanan adam:  həmişə yaxından izləmək istədiyim canlı heykəl:   və pişikxana:  buranı görəndə ilk olaraq Farik (Fərhad İbrahimov) və Zuli (Zülfiyyə Quluzadə) yadıma düşdülər. Pişiklərə aid olan və pişiklərlə əlaqəli olan hər şey orda var idi.

Az getdim, çox getdim, dərə, təpə, düz getdim, yolu keçəndə  bunu gördüm. Weissfrauenstrasse – tərcümə edəndə “ağ qadınlar küçəsi” alınır. Altında da STOP işərəsi. Babat güldüm orda.

Və nəhayət gəlib çıxdım Almaniya Film İnstutunun Film Muzeyinə. Burda Çarli Çaplin günləri idi. Muzey 4 mərtəbə və bir də alt mərtəbədən ibarətdir. 1-ci mərtəbəsi kafedir. Çox rahat yerdir. Ruh dincəlir. İkinci mərtəbəsində isə kinonun lap “ana bətnində”, yəni fotokameralar vasitəsilə qısa hərəkətli şəkillər, indiki “STOP MOTİON” kimi olan vaxtları haqqında bütün məlumatlar verilir. Fotokameralar, fotoqraflar və daha nələr nələr.

     

     

     

İkinci mərtəbə isə müasir filmə qədər olan tarix, ilk kinokameradan taaaa “YADLAR” filminə kimi.

      

      

 

Köhnə filmlərin orijinal əlyazma ssenariləri, nələr..nələr.

Saat 4-də qayıtdım yüngülvari Falafel yedim. Yeri dəlmişkən, bir köpüklük yemək deyil. Elnur gəldi və biz birlikdə 4 saat sülənəndən, yeyəndən və içəndən sonra getdik Anathemanın konsertinə. Məkan çox balaca idi. Adam düşünməzdi ki, bura Anathema gələr. Elanlarda gördük ki, nəinki Anathema, hələ mayda Dimmu Borgir və Parodise Lost qrupları da gələcək. Belə Azərbaycandakı metalın vəziyyəti yadıma düşdü, ürəyim ağrıdı.

Axşam 11-də konsert bitdi və səhər saat 6-ya kimi vağzalda söhbətləşib, bizi götürməyə gələcək avtomobili gözlədik.

Yaxşı yadıma düşdü. H.Əliyev “su həyatdır” şüarı Frankfurta da gedib çıxıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *