0

Fridrix Nitşe – İradə Azadlığı və Fikir Azadlığı

İradə azadlığı özü-özlüyündə Fikir Azadlığından başqa bir şey deyil, eyni yolla da Fikirlərin Azadlığı kimi məhdudlaşır (1). Fikir İdeya Çevrəsinin sərhədlərindən kənara çıxa bilməz, lakin ideya sərhədlərinə əldə edilmiş nöqteyi-nəzərlə təsir edə və onun inkişafı ilə beyinin quruluşundan asılı olmayaraq böyüyə bilər. Eynilə, iradə azadlığı da artma qabiliyyətinə malikdir, lakin bu sərhədlər hüdudlanır. Başqa məsələ isə iradənin əsər daxilinə salınmasıdır; burdakı imkan fatalistik ölçülür.

İnsanın fatumu (red: tale) güzgüdə onun şəxsiyyətini əks etdirdiyi halda, fərdi iradə azadlığı və fərdi fatum böyüyən iki opponentlərdir (red: rəqiblərdir). Biz aşkar etmişik ki, bir fatuma inanan xalqlar gücləri və iradə möhkəmlikləri sayəsində fərqləndikləri halda, onların əksinə olaraq, “baş verən, qoy, baş versin, Tanrı hər şeyi yaxşı edib” kimi düzgün olmayan xristian prinsiplərinin onları alçaldıcı şərtlərlə idarə etməklərinə imkan verən qadınlar və kişilər var. Ümumiyyətlə, “Tanrı iradəsinə itaət” və “Barışma” (red: vəziyyətlə barışma) alın yazısına qarşı çıxamamaq üçün qorxaqlıq örtüyündən başqa bir şey deyil.

Əgər sərhədləri müəyyən edən Fatum hələ də iradə azadlığından güclüdürsə, onda biz iki şeyi unutmamalıyıq ki, birinci, Fatum abstrakt anlayışdır, substansiyasız gücdür; ki, fərd üçün yalnız bir fərdi fatum var; ki, Fatum hadisələr zəncirindən başqa bir şey deyil; ki, insan dərhal fəalliyətə başlayır və öz şəxsi hadisəsini yaradır, öz şəxsi fatumunu təyin edir; ki, insanların qarşılaşdıqları hadisələr şüurlu ya da şüursuz şəkildə çağrılır və onlarla (red: insanlarla) baş verməlidirlər. Amma insanların fəaliyyəti ilk olaraq doğuşla deyil, artıq embrion olanda, bəlkə də kim deyə bilər, Valideynlərində və Ulu-valideynlərində başlayır.

Siz hamınız, hansılar ki, Ruhun ölümsüzlüyünə inanırsınız, həmçinin Ruhun əvvəlcədən var olmasına inanmalısınız, əgər siz ölümlü bir şeydən ölümsüz bir şeyi aşkar etməyə imkan vermək istəmirsinizsə, siz ruhun bu cür mövcudluğuna inanmalısınız, siz ruhun havada dalğalanmasına imkan vermək istəməyəndə, o nəyahət bədəndə dustaq edilir. Hindu deyir: Fatum bizim mövcudluğun əvvəlki vəziyyətində başlamış “Məgər”dən başqa bir şey deyil.

Nəyə əsaslanaraq inkar edilir ki, insan yaradılışdan bəri şüurlu şəkildə fəaliyyət göstərməyib? Tam inkişaf etməmiş uşaq təfəkkürünə? Biz bundan sonra iddia edə bilmərik ki, bizim fəaliyyətlərimiz həmişə bizim şüurumuz ilə əlaqədədir?

Emerson da deyir:

Fikir onu ifadə edən şeylərlə birləşdirilir.

Ümumiyyətlə, əgər bizim içimizdə uyğun sim yoxdursa, bizə səs toxuna bilər? Ya da başqa cür ifadə:  əgər bizim beynimizi bir Huş işğal edisbə, biz bir təəssüratı beynimizdə qəbul edə bilərik?

Azad iradə həm də yalnız Abstraktdır və Qabiliyyət mənasını verir, əməllər təfəkkürü, biz Fatum deyəndə Prinsiplər anlayanda şüursuz hərəkətlərə yönəlirik. Əməllər eyni zamanda ruhun fəaliyyətini də ifadə edir, iradə istiqaməti, hansını ki, biz özümüz gözümüzdə hələ obyekt kimi tutmağa eytiyac duymuruq. Şüurlu əməllərlə biz, şüursuz əməllərimizdə olduğu kimi, təəssüratların bizi idarə etməsinə imkan verə bilərik, lakin həmçinin də az. İnsanlar xöşbəxt bi hadisə zamanı tez-tez deyirlər: Təsadüfən üzləşmişdim. Haqlı olmağı üçün heç bir yola ehtiyacı yoxdur. Ruhun fəaliyyətinə bizim kabuslu gözlərimizlə baxmayanda da, o davam edir və həmçinin böyümür.

Eyni cür, parlaq günəşli havada gözlərimizi bağlayanda günəşin bizim üçün parlamadığını düşünürük. Amma onun gözlərimizə təsiri, onun canlandırıcı işığı, onun yumşaq iştiliyini də eşitmirik, məgərçi, biz onu da ağılla dərk etmirik.

Biz şüursuz hərəkətlər anlayışını yalnız keçmiş təəssüratın özünüidarəetməsi kimi qəbul etməsək, bizim üçün Fatum və azad İradə arasındakı ciddi fərq itir və hər iki anlayış Fərdilik ideyasına bulanırlar.

Fərd orqanik olmayan şeylərdən nə qədər uzaqlaşarsa və nə qədər öz biliyini genişləndirərsə, o qədər seçilən, o qədər rəngli tərkibli olacaq. Avtomatiklik, daxili güc və xarici təəssürat, onun inkişaf qolları, onlar İradə azadlığı və Fatumdan başqa nədirlər?

İradə azadlığında fərd üçün fərqlənmə, bütöv olandan ayrılma, mütləq mədudiyyətsizlik prinsipləri mövcuddur; lakin Fatum insanları ümumi inkişaflı orqanik bağlılığa oturdur, onu məcbur edir, ona və əksqüvvəli inkişafın azadlığına sahib olmağa çalışır; fatumsuzluq, absolut İradə azadlığı insanları Tanrı edərdi, bir avtomatın fatalistik prinsipi kimi.

 

P.S. Cavid Ağanın xahişi ilə tərcümə etdim.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.