0012_movie_1024_768
0

Cokerin fikirlərindən

İnsanlar qarışqalar kimidirlər. Birini əzsən, digərləri fərqinə belə varmaz.

Bu insanlar məndən nəsə gizlədirlər, deyəsən beyinlərini.

Yaxşı məsləhətlərdən ehtiyat et. Yaxşı şey pulsuz olmur.

Səni öldürməyən hər şey səndə çapıq qoyacaq.

Sizin bütün dünya yalan üzərində dayanır. İnanmırsız? Səndən başlayaq. Elə bu dəqiqədən ömrünün sonuna kimi ancaq doğru olanı danış. Və mən əminəm ki, sənin ömrün uzun olmayacaq. İndi təsəvvür et ki, hamınız eyni şeyi edirsiz. Sizin lənətə gəlmiş dünyanız nə qədər qalacaq ki?

Necə edəsən ki, insan öldürəsən və bundan heç kimin xəbəri olmasın? Sadəcə insanı öldür və heç kimə demə.

İnsanı eləcə götürüb öz həyatından çıxarıb atmaq olmaz. Onu əvvəlcə xırda-xırda tikələyib səliqəli paketləmək lazımdır.

Mən 3 insan növünü fərqləndirirəm:
1) Pox – axınla gedirlər, yolda iylənirlər və öz uğursuzluqlarının səbəbini özlərindən başqa hər şeydə görürlər, bununla belə heçnəyi də dəyişməyə çalışmırlar.
2) Odun – axın istiqamətində sakit üzürlər və onları hər şey qane edir, cəsarətləri çatmır ki, axına qarşı üzsünlər, ya da ən azı pox kimi iylənsinlər.
3) Şüurlu insan – Katerdə üzür, istəsə, dayanır, istəsə, istiqaməti dəyişir – özünə lazım olan kimid edir. Pox və odunların sağından və solundan keçir, onların üfunət və mənasızlıqlarına fikir vermədən.

Şizofreniya – rahatdır. Həmişə danışmağa adamın var.

Dəli – özünü idarə etməyi bacarmadan başqalarını hakimiyyəti altına almaq istəyəndir.

Sistemə qarşı getmək üçün – son zamanlar çox dəbdədir – maqazinlərin vitrinlərini sındırmaq və lazımsız mitinqlər keçirmək lazım deyil, sadəcə düşünməyi öyrənmək lazımdır.

Öz düşmənlərinizi sevməyə başlayın, onlar sizin planınızın nə olduğunu bilmədikləri üçün dəli olacaqlar.

Ölüdən qorxmaq lazım deyil. Diri daha təhlükəlidir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *