sand desert alone sand dunes footprint_www.wallpaperhi.com_39
0

bir səhra söhbəti

yanaşmalar.

cəhətləri və tərəfləri kənara qoysam, “leyli və məcnun” sindromlu gənclərdən yan keçməkdə çətinlik çəkilir. Fikrimcə, ikinci olan daha əziyyətli olur. Söhbət olimpiya yarışlarından getmir, ruh və vücuddur bu söhbətin təməl daşı. Kaktusla səhrada söhbət edirdik, bu mövzunun müzakirəsinə başlayanda səmum küləyi bizim – mənim saçlarımı, onun tikanlarını oxşadı. Onu da söhbətə dəvət etdik. O sussa da, üçlükdə müzakirəya başladıq. Gənclər xəzinədirlər düşünənlərə yanaşmamı dəyişdim. Gənclər xəzinənin olduğu zənn edilən sandıqdırlar. Biraz keçəndə onun gənc yoxsa cavan olmağı agah olur.

“insanları məhv edən sevgi oldu “leyli və məcnun”. heç kim onların qovuşmamasını deyil, yaşamadıqları ülvi sevgidən dəm vurdu. testesteron bataqlığında iki yeniyetmənin vücudları qovuşduraraq ehtirasa azadlıq verməklə xilas olmağa çalışmasına mane olan ictimai dəyərləri diz çökdürə biləcək bir şey isə tanrı qarşısında tanınan nigah idi” deyərək mən sözə başladım. Səmum isə başını yelləyərək razı olduğunu və hələ o zamanlar buralarda əsəndə buna canlı şahid olduğunu təsdiqlədi.

Kakstus o zamanlar başqa səhralarda macərə axtaran bir cavan idi. Sonra gənc oldu. “hər şey başqa cür ola bilərdi. lap qədim dövlərdəki kimi. mağara dönəmi. nigahsız münasibət. inkişafa aparan səbəb, insanların beyni başqa şeylərə meyllənir, nəinki ..”, elə bu anda mənim “azad seks olan cəmiyyətdə insanların konsentrasiyası başqa şeylərə yönəlir” sözlərim yadıma düşdü.

davamını gətirərək: “məqsəd vücudların qovuşmasıdır, insanlar mazoxizmə pis baxsalar da, etdikləri məhz budur. vücudlarının qovuşması üçün ruh axtarırlar, hansı ki, ruh vücuddan razı qalandan sonra “hə” deyəcək bir anlamdır”. Qoca Səmum yenə də eyni hərəkətlə mənə və Kaktusa baxdı.

“hamı Nizamivari yanaşır məsələyə, halbuki hər şey tam əksi olaraq başlasa, daha davamlı olar” dedim və bizi üçümüzdən başqa heç kim anlamadı. Bizə bu da bəsdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *