4485327248_72e1b6839b_o
0

Sürrealizm

Sürrealizm – (fövqəlreal) – incəsənətdə istiqamət 1920-ci illərin əvvələrində Fransada formalaşmağa başlayıb. Əşyaların və formaların paradoksal uyğunluğu, allüziyalar (zarafat, işarə) ilə fərqlənir.

Əsasını qoyan və ideoloqu yazıçı-şair Andre Bretondur. Qiyom Apolliner “sürrealist drama” başlığı altında 1917-ci ildə bir pyes yazmışdır. Sürrealizmin məhşur simlarından rəngkarlıqda Salvador Dali, Mark Ernst Rene Marqritdir. Kinomatoqrafiyada daha parlaq simalara Luis Bunuel, Jan Kokto, Yan ŞvankmayerDevid Linç aid edilir. Fotoqrafiyada isə Filip Halsman.

Sürrealizmin əsas anlayışı – yuxu və reallığın qarışığıdır. Bunun üçün sürrealistlər  natural nümunələrin  kollaj və “ready-made” texnologiyası vasitəsilə absurd, bir-birini təkzib edən uyğunluqları təklif etdilər. Sürrealistlər radikal sol idealogiyasından ilhamlanırdılar, lakin onlar öz şüurundan inqilab etməyi təklif edirdilər. İncəsənət onlar üçün əsas azadlıq vasitəsi idi.

Bu cərəyan Freydin psixoanalizin böyük təsiri altında formalaşıb (əlbəttə, bütün sürrealistlət psixoanalizlə maraqlanmırdırlar, mənələn Rene Marqrit çox skeptik yanaşırdı). Sürrealistlərin birinci məqsədi ruhunu maddiyyatdan ayrılması idi.

Sürrealizmin kökündə simvolizm dururdu. Və ilk dəfə simvolist rəssamlar Güstav Moro və Odilon Rodenin təsirinə məruz qalmışdı.

Sürrealistlər öz işlərini rasional estetikaya baxmadan fantasmaqorik (proyeksiyalı incəsənət, filmlərdən “KUB” və “Mallohand Drive” aid edilir)f ormalardan istifadə edirdilər. Onlar erotika, kinayə, magiya, təhtəlşüur kimi mövzularla işləyirdilər.

Az olmurdu ki, sürrealistlər öz təhtəlşüurlarına çatmaq üçün özlərini narkotik, gipnoz, alkoqol və aclığın təsiri altına salırdılar. Sürrealizmin texnikalarından biri – fyümaj – Volfanq Faalen tərəfindən yaradılmışdır.

Bu obrazların xaostikliyindən çox düşünülmüşlüyüdür, bununla da sürreallıq öz içində bir son olmaqla yanaşı gündəlik təsəvvürləri parçalamaq istəyən ideyaların ifadə olunmasının düşünülmüş metodudur (məs: Rene Marqritin əsərlərində). Bu metod özünü kinomatoqrafiyada daha çox göstərir, rəngkarlıq və ədəbiyyatda öz aktuallığını itirdiyi dövrdə. Məsələn: Luis Bunuel, Devid Linç, Yan Şvankmayer.

1917-ci ildə ilk dəfə Qiyom Appoliner özünün “Yeni ruh” əsərində “sürrealizm” sözünü işlədib. Əsər bəstəkar Erik Sati, rəssam Pablo Pikasso, ssenarist Jan Kokto, baletmeyster Leonid Myasinin birgə səyi nəticəsində  ərsəyə gətirdikləri “Parad” baletinin yaratdığı qalmaqala həsr edilmişdir.

Baxmayaraq ki, sürrealizmin mərkəzi Paris idi, 20-60-cı illərdə bütün Avropa, Amerika, Asiya, Afrika, 80-ci illərdə isə Avstraliyaya da yayılmışdır.

Çox böyük ölçüdə Dr. Ziqmund Freydin (1856-1939) tezis və düşüncələri( şüurdan instinktə keçid üçün “azad assosiasiya” teoriyası) üzərinə qurulan sürrealizm, XX əsr içindəki ən məşhur və ən uzun ömrlü sənət axınlarından biridir. Cərəyan, Birinci Dünya Müharibəsi illərində psixiatriya sahəsində işləmiş və Freydin düşüncələriylə yaxından maraqlanmış olan Dr. Andre Breton tərəfindən sistemləşdirilmiş; ilk məlumatı (Le Premier Manifeste du Surrealisme), yenə onun tərəfindən 1924-də, bunu tamamlayıcı ikinci məlumatı isə (Le Second Manifeste du Surrealisme) 1930-cu ildə elan edilmişdir

Fəlsəfi sahədə fransız filosofu Henri Berqsonun “intuitibizm” adlı düşüncə cərəyanı sürrealizmə təsir edib.O,ruhun ağıldan daha üstün olduğunu deyirdi.
İncəsənətin müxtəlif qolları ilə yanaşı 1919-cu ildən etibarən ədəbiyyatda; xüsusilə şeirdə təsirli olan sürrealizm, ən parlaq dövrünü 1924-1928 illəri arasında yaşamışdır. Sürrealizmin qurucusu və lideri Breton, digər sürrealistlerin bir qisimi kimi, köhnə bir dadaisttir. Sürrealistlərin sələfləri məntiqi inkar edən dadaistlər olmuşlar.

Sürrealizmin davamçıları – fantastik realizm, Visionary Art, Mok-Sürrealizm sayılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *