3

iki fincan kofedən sonra….

Bunlar sənədir. duyursan.. ruhuna ehtiyacım var, qadınlığına ehtiyacım var, şərab damlayan dodaqlarından vəhşi öpüşlər almağıma ehtiyacım var, sən sükutda boğularkən səs tellərim parçalanana qədər  qışqırağıma ehtiyacım var.. sınıq yuxularımı birləşdirib həyat etmənə ehtiyacım var. bədəninin dadına ehtiyacım var.. səhv etməyimizə və bunu dəfələrlə təkrarlamağımıza ehtiyacım var, çılpaqlığına acmışam…

ama  getdin..

bugün çox sakitdir. hər kəsdən biri olduğunu bilirəm, ama hamıdan fərqli olduğunu da anlayıram.  bax, tək qalmağım o qədər uzun çəkir ki, hətta tənhalığım belə məni tərk edib yalnız qoymağı düşünür. əlimi uzadıram, tutan yox. yuxarıdan aşağı enirəm ki, bəlkə ..bəlkə.. ama bəlkənin tərs üzü mənə baxır, gülümsəyir.. anladım ki, zamana buraxanda o daha da qəddarlaşır..məhvi sürətəndirir, qurd salmadan çürüdür, üfunəti belə bilinmir..

3 thoughts on “iki fincan kofedən sonra….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.