– Ciyərlərində nəfəsimi duyduğun an dodaqlarımdan sürgün oldun…
– Dodaqlarımdan sürgün olduğun an ən duyğulu öpüşün olduğumu gözlərin ilıq-ilıq yanağına sığal çəkərək pıçıldadı…
– Keçmişimdən bir işıq səsləndi arxamca, dayandım, yaxınlaşıb gözlərimdə ümman oldu, sevinclə kədərimin uzunmüddətli ayrılıqdan sonra bir-birinə yad duyğular kimi baxmasına üzülürdüm açığı… tutub əlimdən apardı məni məndən cox uzaq olan o keçmişimdəki mənə üzüntlərim…məni xatırlatdı mənə, yalnızlıqlarımı paylaşa biləcəyim məni…alnımın qırışlarında dolaşan, bir gün o qırışlardan süzülərək heç vaxt sahibi olmadıgım dəftərimdə öz yerini alacağını gözləyən keçmişim…ruhuma pıçıldadıqlarını üzümə sığal çəkərək dodağıma yol tapan gözyaşlarıyla dinlətdi mənə…
– Yorğunluğumu gözlərində gördüm, dinlənmək üçün başımı dizinə qoyub, nağıllarına qəhrəman oldum…Məgərsə bu günə qədər gözlərində həp nağıllarında uyuyan o yorğun qəhrəman olmuşam…
Məktubları şüşədəykən..bir də baxmış , dəniz yoxmuş (c)! Oysa, dəniz sənə yazdığım cavabsız məktub şüşələriylə qapanmış…
Qara Dərvişdən..ona