2

içək? içək bizi tək qoymayan tənhalığımızın şərəfinə!

– Yaşa ruhumda, dinlə dodaqlarımda, danış qulaqlarımda, tutun gövdəmə…
– məhv ol vücudumda, diril qəlbimdə, sovrul nəfəsimdə..
– al sonsuzluqlarımı, parçala vücudumu, titrə ciyərlərimdə, oyan yuxularıma..
– yaşım ol ax gözlərimdən , uzan yanaqlarımda, gizlən ləbimdə.. busəm ol, toxun vücuduna, əs saçlarımda, gəz qarış-qarış həyatımda
– kök sal köksüzlüklərimə, uzan ölümü səsləyən qaranlıqlara, silkələ içimdəki sənsizlikləri paylaşan yalnızlıqlarımı…
– titrə qan axan damarlarımda çizdiyin qaranlığın sonu görsənməyən boyasında. suvar varlığıma əkdiyin yalnızlığın toxumlarını, yandır alışan gözlərində itən arzularımı
– süzül son göz yaşım kimi, düşün dünənim kimi, alçalt sabahlarımı, kirlət narahat ruhumun üzülmüş mənəviyyatını, tapda basdığım hər müqəddəs torpağımı, ol torpağım, ol müqəddəsim, ol günəşim…
– düş damla yağış kimi , sarsıt qırmızı dəryalarımı, çırp zamanında dalğalarınla ucaltdığın ruhumu, qığılcımınla yandırdığını nəfəsinlə söndür. öp son dəfə gözlərimdən , bağlansın çıxış qapım, məhbus et məni öz içində,
– ver aldığın nifrət dolu təbəsümümü, gizlət kinayəmi, səbirsiz sarsılmış duyğularında məzar olsun beynimin hər zərrəsinə ümman olmuş boşluqlarındakı tümlüyün…
– zəifliyimiz gücümüz olub çıxsın sənin yalnış olan həqiqət ordunun qarşısına..
– açiısın yeni sabahlar, çünki gözləyir gəlişini kor qaranliqlar…
– yuxular oldu məkanımız, sükut..
– baş əydi yalnızlıqlarımıza sükutumuz da…
– içək? içək bizi tək qoymayan tənhalığımızın şərəfinə!
– şərabımız tükətsin yalnız olmayan yalnızlıqları, yalnız olsun yalnızlıqlar da sən kimi, mən kimi, biz kimi… yalnızlıq kimi…

PFG və Qara Dərviş dialoqundan

2 thoughts on “içək? içək bizi tək qoymayan tənhalığımızın şərəfinə!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.