bax.. görürsən necə dəyişmişəm? yox …(istehzalı gülüş) mən elə bilirəm dəyişmişəm…sən dəyişmisən…məni dəyişmisən..mmm
özümə gülməyim gəlir. toxunulmaz və eqoistəm. ama keçmişdən olan bir üzüntünün əlində hər gecə acizcəsinə susuram. gündüzlər gülürəm.. bacardığım qədər çox qəlblər qırıram.. öz parçalanmışımın tapa bilmədiyim hissələrini onlarınkından oğurlayıram. ama .. ama ip qırılır və qırıldığı yerindən düyünlənir.. bundan sonra ən möhkəm yeri həmin düyün olur, ama hər toxunanda ən çox sızıldayan yeri də o düyün olur..
baxıram.. həyat – kardanın sürətli ritmlərində ahəngdar notlara çevrilib.. sakit axır..arxaya çönə-çönə dəhşət içində qaçmaq üçün çox məğruram. geriyə baxmadan kürəkdən ölümcül zərbəyə razı olaram..meyid kimi uzanıb qaranlıq şəhərin boş küçələrinin birində asfaltın üstündə qalmaq istəyirəm..çox yox, 1 saat gözlərim qırpılmadan açıq qalsın.. köhnələrin formatı getsin beynimdə.. yerli-dibli silinsin..
əslində bilmirəm bu güclülük ya da zəiflik əlamətidir. özümlə mübarizə aparmaq üçün eqomu böyütdüm. bütün defektlərimlə idealam… sonra fikirləşdim ki, yəni bu ideal niyə sevilmir ki? məgər belə olmalıdır ?! sonra anladım, nəyi? ideallar sevilmirlər, onlar uzaqda bir əlçatmaz arzu kimi qalırlar. mən isə sənin idealına çevrildim. özüm belə əlimi uzatdım, ama çatmadı. indi də mənə uzadılan əllər üçün tanrı olmuşam. çatmır heç biri mənə… vücudla ruhum o qədər qarışıblar ki, bir-birinə, hiss edə bilmirəm hansı nə keçirir.
uzuuuun müddət susdu içimdəki..sümüklü ət parçası idim..gözlərdən də yaş əvəzinə mənə yazdığın sms-lərdəki hərflər axırdı.
hoşcakal bile demedim, bir gün seni Parisde yağmurda ıslak görünce kafeye yine sıcak bir “kofe”ye davet edirim diye