28 may..
son dəfə 2009-un fevralın 12-də, Dalğanın 4 yaşından sonra 27 iyunda olan MARŞ PARTY-də belə ürəkdən şellənmişəm. 7 manata ancaq Dalğa belə adrenalin dolu əyləncə təşkil edə bilər. Dğnməzliyimizi də kağızlar üzərində əbədiləşdirdik. Bu ilk addım idi.
özümə keçim..
ənənəmə sadiq qalıb yenə də tək getdim party-ə )).. öz istədiyimdən deyil, sadəcə kimsənin olmamasındandır. ama əla idi. Dr. Diesel isə mükəmməl pivədir. Dünən hardasa 5 butulka içdim, nə baş ağrısı, nə ürək bulanması, ancaq sərxoşluq və uçuş..
tam yerinə düşür..ama indi fiziki yox, ruhi bir yorğunluğum var.. yoruldum, bilməm nədən.. real problemlər, virtual problemlər, planlı və plansız problemlər.. o qədərdirlər ki…
ama əladır. problemsiz həyatı düşün..MegaBrain multikindəki qaqaş kimi olar adam.. problemsizlikdən başlayarsan özün problemlər yaradıb həll etməyə… ondan da bezərsən. Problemlər əladırlar. Həyatın müxtəlif tərəflərində olurlar və bir sferadakı kiçik həcmlilərin tez həll olması digər sferada olan böyük həcmli problemi unutdurur və sənin xəbərin olmadan onun da həlli ilə məşğul olurlar, xırda-xırda..
bir də axırda görürsən ki, sənin problemlərin həll olur.. əla gedir hər şey , həyat davam edir. Əsas odur ki, xoşbəxt ola-ola bundan bezib yenidən xoşbəxt olmaz üçün özüvü bədbəxt eləmiyəsən..
hazırsan? hə.. getdiy…
mən yoruldum, bilməm nədən.. bəlkə də saysız hesabsız qara xəbərdən..
[youtube=http://www.youtube.com/watch?v=i3mbK2HVo4s]