bəzən o qədər çökürəm ki, özümü musiqi aləti kimi, simli musiqi aləti kimi hiss edirəm. bir məni ifa edir, ama mən istəməyən notlar səslənir, ahəngim pozulur. musiqiçi savadsızdır. uçuşuram havada və xırda əyri, sınmış notlraı toplayıb əsər yaratmağı düşünürəm, ama sadəcə düşünürəm.. bundan artığını bacara bilmirəm.
kəpənək kimi oluram.. hamı mənim effektimdən danışır, dünyaları, insanları dəyişən effektim.. ama öz həyatımı bir gün artırmaq gücündə ölmuram.. səhər məhv olub gedirəm…
ama yenə də uçuşan vücudlar.. səliqəli baxışlar və əbədi təbəssümlər var.