2

sağdan Bill Gates-ə… eqo və pofigizm

sağ, sol, yuxarı, aşağı, arxa, qabaq, idealogiyalar artıq 3D, 4D, 5D formatını alıblar.. hər biri bir şey düşünür, düşündüyünün həqiqət və yeganə həqiqət olduğunu özündə təsdiqləyir, imzalayır, inanır və başlayır yaymağa.
nurçu, türkçü, liberal, kommunist, solçu, marksist, leninist, mərkəzçi, ÇE-çi, keçi falan.. uzanırlar..
dini siyasətə, siyaəsit seksə, sonra dini seksə, baş açmaq olmur ki, bunlar nə edirlər, ya da nə etdiklərini düşünürlər?
bir yandan 22 avqust interneti basdırırlar, bir yandan domenlərdə söyüşlü birləşmələr olduğuna görə dəyişikliklər edirlər, o biri yandan da TRT Metal açmaq ideyası yaranır…
düşünərsən ki, metal əxlaqsızlıq demək deyil, əlbəttə deyil.. ama metalda çərçivələr olmur.

fb-də dostluğumda insancığazlar çoxdu. hər cinsdən, növdən, tərkibdən var.
hər 2-3 ya da 6 aydan bir yeni bir idealogiyaya sahiblənirlər. bu normaldır, insan dəyişir.. geriyə doğru hərəkət də bir inkişafdır, baxır hansı aspektdən yanaşırsan.. axına qarşı getsən, axınla üzənlər sənin gerilədiyini görəcəklər, sən isə onların. hərə görmək istədiyini görür, ama olduğundan utanıb özünü başqası kimi təqdim edir.

özününtənqid eqoizmə gətirir, əgər tənqidin tərifə çevrilməsinə çalışırlarsa..

ən yaxşı, ən mehriban, ən qayğıkeş insan eqoist olandır. sənə yaxşılığı etmək mənim öz mənafelərim üçündür. yoxsa nafiq sən mənə lazımsan?! mən sevgilimi xöşbəxt edirəm ki, onun xöşbəxliyini görüb mən xöşbəxt olum.. yenə də mən.. mənim sənin üzünə gülümsəməyim sənin xoş sima alıb eyni şeyi mənə qaytarmağın, ya maddi, ya mənəvi.. və nəticədə mən.

eqo.. əla şeydir, çünki o səndə elə gizlənir ki, sən onun səndə olduğunu inkar belə edirsən, allaha inanırsan, qorxursan ya da hər gün 5 dəfə əyilib qalxırsan ki, o sənin günhalarını bağışlasın, sən hər gün rahatlıq tapasan və sonda cənnət deyilən yerə düşüb huri mələklərin bakirələrinin üzərindəki tülü çəkib işə başlayasan.. sən başlayasan..sən edəsən, səh rahat olasan və işlərin qaydasında olsun ki normal yaşayasan.. bu eqodur. sənin eqondur.

biz hər yerdə eqoistik.. yataqda belə…

gizli və aşkar eqolar. gizli yuxarıdakıdır, aşkar isə.. elə aşkarlarıdr. qarşındakı sənin eqosit olduğunu sənin üzünə bir söyüş kimi vurur ama özünü müqəddəs sanır. özünü müqəddəs sanmağın belə sənin eqondur.
pofigizm – öz aramızda biz buna eqoizmin pik nöqtəsi deyirik. sənə lazım olmayanlar sənə pofiqdir, sənə xeyir verməyənlər sənə lazım deyil.

burda komplekslər olmur, streotiplər, tabular, qadağa, yasaq, mentalitet falan heçnə yoxdur. bu bir fəzadır və istədiyin çərçivələrini istədiyin formada ştrixli ya da düz xətlərlə özün çəkib özünün rahatlığını təmin edirsən. sənə tutlan hər bir irada konkret olaraq sənin sən olduğunu əsas ya da arqument gətirirsən və sən istədiyin həyatı özün yaşayırsan, sənə mane olan dəyərlər falan olmur, çünki onları yox edirsən. pofigist konkret diplomatdır. həyat diplomatı.. nacaq və ancaq mən. əvvəl də və son da mən, sonda mən. əvvəldə isə sən ola bilərsən, çünki sonda yenə mənəm.

gülməli nalayışdır, çünki “alə, mənə pofiq” deyilişi gülünc doğurur. sözün özü əyləncə və yumorludur. arxasındakılar isə çoxdur və dərindir.
elə birinə çevrilirsən ki, həm onlardansan (kütlədən), həm də özünsən. onlardan olmaq sənin səninin istəklərinə nail olmağınçındır.

mən səni öz istəyim kimi görməyə başlayıram ki, mən öz səndən öncəki istəklərimə çatım. ali məqsəd.
səndə bütün bunları anlamışsan və pfgst-sən, sən də məni istəyinə çevirib qarşılıqlı istək parazitləri ola bilərik. biz bir-birimizi yeyib inkişaf edəcəyik, yeyib bitmək əvəzinə böyüyəcə və yükələcəyik.. hamı buna “necə mehribandırlar, necə xöşbəxtdirlə və neə yaxşıdırlar”, o cümlədən “xeyirxahdırlar” kimi yanaşacaq, ancaq yalnız sən və mən bilirik ki, biz parazitik və bir-birmizsiz məhv olmarıq (bizdə məhv olmur, forma dəyişir və bir vəziyətdən digərinə keçirik), sadəcə yeni istək axatarmalı olacağıq. bu isə mən və sən varkən axmaqlıq olar.

bu qeyri-adi xırıltılı səsdir. təxminən mr. freeman kimi. sən metroya girirsən və qəribə təbəssüm yaradırsan özündə, qarşında oturan xanım isə sənə baxıb simasızlığını itirir və sənə baxanda virus olan təbəssümün onun yanaqlarına çökür. o bunu gizlədə bilməyib gülüşə çevirir, əməliyyat sistemi özü virusu dəstəklədi və bunu gizlədə bilməyib vaqonu tərk edir ki, növbəti qatar gəlsin.

sən allahsan, tanrısan, zevssən, rasan sən hər birisən.. nə qədər informasiyan çoxdu və onunla manipulyasiya edə bilirsən, sən hər şeysən, sən yaradırsan və yenidən yaranırsan.

Bill Gates.. hə, bu ən xeyirxahdır, bu sadəcə ən eqoistidir. ölümdən sonranı bilməyib yaşama inanalar və bu həyatı ona qurban verənlər.. sadəcə axmaqlardır. mən ittiham etmirəm, mən belə düşünürəm və bilirəm.. siz axmaqsız. məchula inanmaq.

O isə bunu etmir, düzdür o ateistdir. ən varlı atesit və ən varlı şeyxlərdən daha çox xeyir verib yetimxanalara. onun içində gizlənən eqo (bəlkə də uşaqlara, ya da vərəm xəstələrinə qayğı, nəvaziş forması alıb o eqo) onun bu il 20 mlrd, öləndən sonra isə hamısını bu istiqamətə qoymağını tələb edir. 20 mlrd itirməklə FORBES-də 2-ci pillədə olmaq onu 1-ci olan Carlos-dan daha məhşur etdi. o itirdi və inkişaf etdi. gerilədi, amma qabağa düşdü. o yaddaşlara düşdü. O, pfgst deyil. Bir əzizimin dediyi kimi pfgst-lərin kaşelokları boş olur. Ola bilər əvvəl olub, indi deyil, pfgzm-in qazndırdığı pulu eqoizm artırdı.
nə isəə. çox dərin və nisbi söhbətdi..pul və pfgzm..

P.S. oxuyursan və sağ-dan başlayıb Bill Gates-ə qədər gəldiyimi görürsən. “ne alaka” deyə bilərsən, əgər lomsansa, sən anlamadın mənə pofiq-dir hardan başladım və harda bitirdim. Əsas yazdım və sən bunu oxudun. Nəticə, eqo, mən. Sən isə düşün.

2 thoughts on “sağdan Bill Gates-ə… eqo və pofigizm”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.