1

telefondakı allahım..

bak yine seni bu gece hatırladım. bu defa ne film, ne kofe, ne de senin unutamadığım tebessüm dolu fotoğrafın var elimde. bu defa seni sevdiğimden ya da sana olan sevgimi unuttuğumdan böyle olmadım. sebep bu değil.. kelebek de, balık da ettim seni. su edip içtim, ağlayarak çıkarttım seni vücudumdan, ama ne fark eder ki. hep inkar ettim senin bensiz mutlu ola bileceğini, ama bu kendimin mutlu olamadığımdan doğan bi şey.

 

hə.. olur belə şeylər fikir vermə.. hələ də tam daşlaşmamaq əlamətidir…yanımda iki fincan var. birinin üstündə çay, o birində kofe yazılıb.

bir neçə günlər bunda öncə bir güzli nömrədən çox az adamın bildiyi iş  məqsədilə istifadə etdiyim mobilimə gizli zəng gəlirdi…dinlənilirdim.. bir kəlimə də kəsmirdi.. bir neçə dəfələr əkrarlandı və dedim ki, əgər tanış olmaq istəyirsənsə, mən normal baxıram belə tərz tanışlıqlara. olsun. zəng getdi.. ama gedər gəlməzə yox.. üstündən 3 dəq keçdi və yenə də eyni tip zəng, incə bir səs mənimlə danışır. xoş idi əslində. həm də maraqlı. fantaziya maşınlarım başlamışdı öz vücudu üçün uydurmalar qurub inanmağa. söz verdi ki sms yazacaq. olmadı.

ama 2 gün sonra yenə də zənglər və sükutlar başladı.. vərdiş eləmişdim, zəng edirdi, salamlaşırdım, başlayırdım özümçün gündəlik düşüncələrimdən ona danışmağa. hə. o mənim gündəliyimə çevrilirdi. danışırdım, dinləyirdi. nəfəsini eşidirdim bir dənə. qəşən səslənirdi. hər şeyin sonu olduğu kimi bu gündəlik də doldu, ya da itirdim.

ümidlənmişdim. bilmirdim kimdi, ağlıma da gəlmirdi. hər kimdisə, çox sağolsun.. arada dinləyirdi.

hə millət, bu allah idi, mənə zəng edirdi, mən də ona danışırdım, çünki görmürəm, eşitmirəm, bilmirəm. məni eşitdiyinə inanıram, danışıram, anladıram ki, bəlkə yazığı gələcək, ya da vurulacaq, olma sa da, bir dəfə üçün belə olsun görüşmək istəyəcək. ama noldu? allahım məni tərk etdi. itdi. getdi. konturu bitdi. ya da üz döndərdi.

 

1 thought on “telefondakı allahım..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.