1

biraz da balaca qardaşlarımızdan..

– şir gün ərzində 50 dəfə sevişə bilər. (kstati mən şir bürcüyəm, azı 10-15 var J)
– kəpənəklər yeməyin dadına ayaqları ilə baxırlar. (interesting!)
– fillər yeganə canlılardır ki tullana bilmirlər. (hər şeydə bir xeyir var J)
– dəvəquşunun gözü beynindən yekədir. (inanın ki belə adamlar da var!)
– dəniz ulduzunun beyni yoxdur. (belə də adamlar var!)
– pişik sidiyi ultrabənövşəyi şüa altında parıldayır. (istənilən şüa altında da iy verir)
– insanlar və delfinlər yeganə varlılardırlar ki, seksi ləzzət xətrinə də edirlər. (delfinlərdə də prezervativ olur?!)
– əgər sizi kimsə əsəbiləşdirirsə və siz əyilib-büzülürsüz, sizdə 42 əzələ bu büzüşmədə iştirak edir (Görməmişəm…)
– kiminsə başına qapaz vurmaq üçün sizə cəmi 4 əzələ lazımdır. (yoxlamaq lazımdır.)
– əgər sizin qışqırığınız 8 il, 7 ay, 6 gün uzansa, siz suyu qaynatmağa kifayət qədər enerji yığmış olarsız. (qışqırmaq çox ucuz şeymiş..)
– donuzda orqazm 30 dəqiqə davam edir….(allahın onu sevməmə səbəblərindən biri..mmm)
– qanköçürmədə insan ürəyinin yaratdığı təzyiq qanı 10 mtr uzağa tullaya bilər.
– başınızı divara vuranda saatda 150 kalori itirirsiz. (mənim fikrim hələ donuzun yanındadı)
– insanda ən güclü əzələ dildir. (dilvuranlarlığı olimpiya oyunlarına salmaq lazımdır!)
– timsah isə onu çıxarda bilmir. (onun donuzdan xəbəri yoxdur.)
– qarışqa özündən 50 dəfə ağır yükü qaldırır, ammi kimyəvi zəhərləndirən sağ söyrü üstə yıxılır. (mənə nə var onnan)
– orta göstəriciyə görə insan hörümçəkdən daha çox qorxur, nəinki ölümdən. (mmm . bilmirəm…)
– qütb ayısı solaxaydır. (ayıya karandaş veriblər?!)
– erkək dəvə dəlləyinin (boqomol) başı onun cinsi əlaqəyə girməsinə mane olduğu üçün, əlaqəyə girməmişdən əvvəl dişi onun başını kəsir. Bu neydi aləəə.)

– tarakanın başını kəsəndən sonra o 9 gün yaşayır, axırda acından ölür.. (görməmiş kopoyoğlu)

– 12 ci mərtəbədən düşən pişiyin sağ qalma şansı 7-ci mərtəbədən düşəndən daha çoxdur.
– avropalılar zürafəni ilk dəfə görəndə ona “dəvəpard” deyiblər. Düşünüblər ki, dəvə və hepardın sintezidir.
– bədəninə görə ən böyük baş qarışqadadır.
– yer kürəsində yaşayan bütün canlıların 70%-i bakteriyalardır.
– qara dəniz okunları (balıq), əsasən də qızlar, 5 yaşdan sonra cinslərini radikalcasına dəyişirlər!
– fil 4 dənə dizi olan yeganə canlıdır.
– tokiodakı zoopark hər il 2 ay müddətinə bağlanır ki, heyvanlar insanlardan dincəlsinlər!
– qarışqayeyənlər qarışqalardan çox termitlərər üstünlük verirlər.
– zürafə balası doğulanda yarım metr hündürdən dəyir yerə.
– dəvənin güvəninə baxmayaraq onun onurğası düzdür.
– dişi itlər erkəklərdən daha çox dişləyir.
– hər il arı sancmasından ölənlərin sayı ilandan çoxdur.
– köpək balıqlarında xərçəngə qarşı immunitet var.
– dəniz ulduzu öz qarnını tərsinə çevirə bilir.
– susuzluğa ən davamlı heyvan siçandır.
– cüzəm xəstəliyinə insanlardan başqa tutulan yeganə canlı zirehdaşıyan.
– begemotlar suyun altında doğulurlar.
– oranqutanlar bərkdən gəyirəndə deməli təhlükə var.
– köstəbək bir gecəyə 76 metr tuneli rahat qazır.
– ilbizin 25 000 dişi var. (vay o dantistin halına)
– qara dişi hörümçək bir günə 20 dənə hörümçək yeyə bilər.

– qədim misirlilər babuinləri stol arxasında onlara xidmət etməyi öyrətmişdilər.

– dəvəquşu yumurtasını 4 saata bişirmək olur.
– tənbəllər həyatlarının 75%-i yuxuda keçirilər.
– güvənin qarnı olmur.
– ətyeyənlə otyeyənin fərqi: ətyeyənlərin gözləri sifətin önündə olur ki, qurbanı görə bilsin, otyeyəndə isə yan tərəflərdə ki, ətyeyəni görə bilsin.
– yer kürəsində olmuş canlıların 99%-i ölüb.
– arı 1 kq bal üçün 2 milyon gülə oturur.
– çəyirtkənin qanı ağ rəngdədir.
– şimpanze güzgüdə özünü tanıyan yeganə heyvandır.
– timsahlar daha dərinə getmək üçün daş udurlar.

1 thought on “biraz da balaca qardaşlarımızdan..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.